PDF Oxu

Siyasət

  • 27

Gənclər parlament seçkilərində fəal iştirak edəcəklər

Gənclər parlament seçkilərində fəal iştirak edəcəklər

Bu fikir 19 saylı Nərimanov 1-ci Seçki Dairəsində YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun ilk dəfə səs verəcək gənclərlə görüşündə səslənib

Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 19 saylı Nərimanov 1-ci Seçki Dairəsində Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun seçiciləri ilə görüşləri uğurla davam etdirilməkdədir. Namizədin növbəti görüşü ilk dəfə səs verəcək gənclərlə olub.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, müstəqil dövlətimiz məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: "Azərbaycanda davamlı və nəhəng quruculuq işləri aparılır. Ölkəmizin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində baş verir və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Təbii ki, həmin siyasətdən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər. Çünki XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək çoxsaylı işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti gənclərin üzərinə düşür".

Təmraz Tağıyev noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini xatırladaraq gəncləri bu kampaniyada fəal iştiraka çağırıb. Onun sözlərinə görə, partiyamız gənclərin potensialından hər zaman səmərəli istifadə etməklə yanaşı, gənclərə də öz potensiallarını reallaşdırmaq üçün effektiv fəaliyyət platforması təqdim edir. Təmraz Tağıeyv YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu haqqında da görüş iştirakçılarına geniş məlumat verib.

YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı da gəncləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, qeyd edib ki, partiyamızın gənc üzvləri sosial şəbəkələrdə kifayət qədər aktivdirlər və partiyamızın namizədini burada fəal təbliğ edirlər. "Gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və yaradıcılıq baxımından kamilləşirlər və YAP-ın təqdim etdiyi fəaliyyət platformasında təcrübi iş prosesində özlərini təsdiq edirlər. Bu baxımdandır ki, gənclərin Yeni Azərbaycan Partiyasına axını daha da sürətlənir, onlar siyasi fəaliyyətlərini məhz Yeni Azərbaycan Partiyası ilə bağlayırlar" - deyən Yusif Babanlı gəncləri deputatlığa namizəd Hikmət Babaoğluna səs verməyə çağırıb.

Gənclərdən Asəf Cabbarov və Teymur Mustafayev çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini bildiriblər. Qeyd ediblər ki, YAP hər zaman gəncliyin inkişafına xüsusi diqqət yetirir. Ona görə də gənc olaraq seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Çıxış edən 19 saylı Nərimanov 1-ci Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilk dəfə səs verəcək gəncləri özlərinin seçki hüququndan istifadə etməyə çağırıb. Hikmət Babaoğlu seçkilərdə YAP-ın qələbəsisinin şübhəsiz olduğunu deyib: "YAP-ın qələbə qazanmasını şərtləndirən ən birinci amil onun Sədrinin, Prezidentimiz Cənab İlham Əliyevin fəaliyyətidir. Cənab İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli və dövlət maraqlarını qorumaqla yanaşı, ölkənin ən ciddi problemlərinin həlli üçün bütün resursları səfərbər etməyi bacaran bir lider kimi tanınıb. O, ən mürəkkəb vəziyyətdə bir neçə gedişi öncədən hesablayan unikal siyasətçi keyfiyyətlərinə sahib olan bir liderdir".

Dövlət-gənclər siyasətinin əhəmyyətindən danışan deputatlığa namizəd qeyd edib ki, məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan gəncliyi hərtərəfli inkişaf edir: "Milli inkişafı təmin edən komponentlərdən biri intellektual resurslardır ki, informasiya cəmiyyətində milli maraqlarımızın müdafiəsi üçün bu faktordan səmərəli istifadə olunmalıdır. Bu gün Azərbaycan, sözün əsl mənasında, "sabitlik adası" kimi səciyyələndirilə bilər. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Gəncliyin də əsas vəzifəsi budur ki, milli dövlətimizi qoruyub daha da inkişaf etdirsinlər. Bu mənada dövlətimiz sizlərə güvənir".

Hikmət Babaoğlu ilk dəfə səs verəcək gəncləri seçkilərdə fəal iştirak etməyə çağırıb.

R.RƏSULOV

Digər xəbərlər