PDF Oxu

Siyasət

  • 13

YAP Qadınlar Şurası qadın namizədlərlə görüş keçirib

YAP Qadınlar Şurası qadın namizədlərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının partiyanın qadın namizədləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və parlament seçkilərinə namizədliyi YAP tərəfindən irəli sürülmüş qadın namizədlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin atdığı müdrik addımlar sayəsində ölkəmizin sürətli inkişafı daha da artıb: "Azərbyacanda bütün sahələr üzrə böyük uğurlar əldə edilib. Elə bir sahə yoxdur ki, həmin sahəyə cənab Prezidentin xüsusi diqqət və qayğısı olmasın. Eləcə də son illərdə Azərbaycan qadınlara qarşı o qədər böyük diqqət var ki, bu gün qadınlarımızın əldə etdiyi uğurlar bunu sübut edir. Qadınlarımız çox mühüm vəzifələrdə işləyirlər, Milli Məclisin qadın üzvlərinə cəmiyyətimiz tərəfindən xüsusi rəğbət var".Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı qadınlarımızın əldə etdiyi böyük nailiyyətlərdən danışıb: "Təsəvvür edin ki, bu gün Azərbyacanın beynəlxalq arenada tanınmasında qadınlarısın misilsiz xidmətləri var. Gənc qızlarımız xaricdə təhsil alırlar, ölkəmizi xairici dövlətlərdə layiqincə təmsil edirlər. Daha sonra doğma vətənimizə qayıdıb xalqımıza böyük töhfələr verirlər. Mən inanıram ki, bu ilki parlament seçkilərində də qadın namizədlərimiz qələbə qazanacaqlar. Çünki xalqımızda qadın fəallığına, qadın işgüzarlığına böyük bir inam var. Qadının xalqı, dövləti üçün nə qədər böyük amil olduğunu isbatlamaq olar. Məsələn, "Heydər Əliyev Fondu"nun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbyacanla məhdudlaşmır. Bütün dünya onun atdığı addımları təqdir edir".Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva Azərbaycan qadınının son illərdə əldə etdiyi böyük uğurlar haqqında məlumat verib.

sia.az

Digər xəbərlər