PDF Oxu

Siyasət

  • 27

MSK sədri: "605 müşahidəçi qeydiyyatdan keçib" YENİLƏNİB

MSK sədri: "605 müşahidəçi qeydiyyatdan keçib" YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib və komissiya üzvləri tərəfindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr və 9 oktyabr 2015-ci il tarixli iclas protokolları təsdiq edilib.MSK sədri Məzahir Pənahov deyib ki, bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləyəcək 605 müşahidəçi qeydiyyatdan keçib: "Seçki komissiyalarında isə 37 min müşahidəçi qeydə alınıb. MSK-dan seçkiləri izləmək üçün 19 beynəlxalq təşkilatdan 222 müşahidəçi qeydiyyatdan keçib".Daha sonra MSK katibi Arifə Muxtarova tərəfindən səlahiyyətli nümayəndələrin qeydə alınması haqqında məlumat verilib. Eləcə də MSK-nın üzvü Şaitdin Əliyev tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb. Bununla belə A. Muxtarova 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər barədə məlumat verib. Mərkəzi Seçki Komissyasının (MSK) bugünki iclasında Ümid Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınma məsələsi müzakirəyə çıxarılıb. Partiyanın bir neçə səlahiyyətli nümayəndəsi qeydə alınıb. Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.89 saylı Göyçay-Ağdaş seçki daiərsindən Müsavat Partiyasının təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən Mahmud Hacılı MSK-ya müraciətində namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını mübahisələndirib. MSK məsələyə baxıb və DSK-nın qərarını ləğv edib. M.Hacılının deputatlığa namizədliyi qeydə alınıb.73 saylı Lənkəran şəhər seçki dairəsinsən deputatlığa namizədliyini irəli sürən Bəxtiyar Ağazadə və 35 saylı Xətai Üçüncü seçki dairəsindən Müsavat Partiyasının təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən Mübariz Salayev namizədliklərinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını mübahisələndiriblər. MSK onların şikayətini təmin etməyib.MSK-nın üzvləri Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov isə müraciətlər haqqında fikirlərini bildiriblər.Sonda cari məsələlərə baxılıb.

sia.az

Digər xəbərlər