Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin N.Tusi adına Tovuz şəhər məktəb-liseyində yerləşən 1 saylı məntəqəsində seçkilərə hazırlıq işləri yekunlaşıb.Məntəqənin sədri Valeh Məmmədov AZƏRTAC-a bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən 1319 seçici qeydə alınıb. Məntəqədə seçicilərin siyahısı asılıb, bildirişlər hazırlanıb. Maarifləndirici plakatlar məntəqələrin girişində, nəzərəçarpan yerlərdə yerləşdirilib. Həmçinin veb-kamera quraşdırılıb, seçici kabinələri hazır vəziyyətə gətirilib.Bundan əlavə, namizədlərin təşviqat xarakterli materiallarının yerləşdirilməsi üçün də lövhələr quraşdırılıb. Bir sözlə, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılıb.
AZƏRTAC