Samuxda 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü təntənə ilə qeyd edilib.AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Alı Qocayev açaraq dövlət müstəqilliyinin bərpa olunmasından danışıb. Qeyd olunub ki, müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz xaos və anarxiyadan azad olaraq, inkişaf yoluna çıxıb. Məhz Ulu Öndərin qətiyyətli siyasəti, uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi.Sonra YAP rayon təşkilatının sədri Gündüz Bayramov, rayon təhsil şöbəsinin metodisti Nərgiz Bədəlova və digərləri çıxış edərək, gündən-günə inkişaf edən Azərbaycanda qazanılan uğurlardan danışıblar.Rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup ziyalıya rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunduqdan sonra İrəvan Azərbaycan Dövlət Dram Teatrı aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
AZƏRTAC