PDF Oxu

Siyasət

  • 28

Seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Deputatlığa namizəd Yevda Abramovun seçicilərlə növbəti görüşü keçirilib

Dünən Milli Məclisə keçiriləcək seçkilərdə təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən 53 saylı Quba-Qusar Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Abramov Yevda Sasunoviçin rayonun Aşağı-Atuc inzibati ərazi dairəsinin (Sysayqışlaq) və Güləzi (Afurca, Kunxırt) inzibati ərazi dairəsinin kəndlərinin seçiciləri ilə görüşü baş tutub.

Görüşdə YAP Quba rayon təşkilatının aparat rəhbəri Hüseyn Kərimov çıxış edərək, Azərbaycanın qısa bir zamanda qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələr nəticəsində Azərbaycanın beynəlxalq aləmdə sabit və dinamik iqtisadi inkişafa malik ölkə kimi tanındığını bildirib. O, belə inkişaf dövrü yaşayan ölkəmizdə 1 noyabr tarixində parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, növbəti seçkilərə Yeni Azərbaycan Partiyası "Yeni hədəflərə doğru" şüarı ilə gedir və həmişə olduğu kimi, bu dəfə də partiyanı yeni qələbələr gözləyir. Görüşdə iştirak edən seçiciləri düzgün seçim edərək, demokratiyanın bizə verdiyi imkanlardan yararalanmağı tövsiyə edib.

Sonra deputatlığa namizəd Yevda Abramov çıxış edərək, seçki platforması haqqında məlumat verib və 1 noyabrda keçiriləcək seçkilərdə seçicilərinə daha fəal olmağı tövsiyə edib.

Görüşlərdə çıxış edən seçicilər birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər