PDF Oxu

Siyasət

  • 30

Bölgələrdə YAP-ın namizədlərinə ictimaiyyətin dəstəyi yüksəkdir

Bölgələrdə YAP-ın namizədlərinə ictimaiyyətin dəstəyi yüksəkdir

YAP-ın namizədi 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizədliyi irəli sürülən İlham Əli Səftər oğlu Əliyev ilə Nərəcan kənd seçiciləri ilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Dünən partiyanın 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizədliyi irəli sürülən İlham Əli Səftər oğlu Əliyev ilə Nərəcan kənd seçicilərinin görüşü keçirilib. Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq rayonda görülmüş böyük quruculuq işləri haqqında geniş məlumat verib: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə ölkəmiz çox böyük sürətlə inkişaf edir. Bu inkişafın müsbət nəticələrini rayonumuzun timsalında görmək olar. Belə ki, qısa müddət ərzində rayonda abadlıq və quruculuq işləri yüksək səviyyədə aparılıb, bir çox əhəmiyyətli obyektlər açılıb".

N.Ağayev onu da söyləyib ki, YAP 56 saylı Xaçmaz kənd Seçki Dairəsi üzrə Milli Məclisə İlham Əli Səftər oğlu Əliyevin namizədliyini irəli sürüb: "İlham Əli Səftər oğlu Əliyev ötən 5 ildə millət vəkili olaraq rayonun problemlərinin həll olunması və seçicilərin sosial qayğılarının aradan qaldırılmasında yaxından iştirak edib. Ona görə də, bütün xaçmazlılar İlham Əli Səftər oğlu Əliyevin rayonumuzu, respublikamızı necə təmsil etdiyini çox yaxşı bilirlər. İnanıram ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də əzmkarlıq və yüksək fəallıq nümayiş etdirəcək, noyabrın 1-də keçiriləcək parlament seçkilərində mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək qüdrətli və güclü partiya olan Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edəcəklər".

Görüşdə seçicilərdən Əlibala Şahbazov, İsgəndər Hacıyev, Telman Təravət, Hacıağa Yəhyayev, Şirəli Orucəliyev və başqaları çıxış edərək, Azərbaycanda mütərəqqi qanunvericilik bazasının mövcud olmasından, demokratik prinsiplərə layiqincə əməl olunmasından, seçkilərin indiyədək yüksək səviyyədə keçirilməsindən, irəli sürülən namizədlərin ictimaiyyət arasında geniş nüfuza, hörmətə malik olmalarından ətraflı söhbət açıblar və seçiciləri 1 noyabrda həmin namizədlərə səs verməyə dəvət ediblər.

YAP-ın namizədi 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizədliyi irəli sürülən İlham Əli Səftər oğlu Əliyev seçicilər qarşısında çıxış edərək, YAP-ın Seçki Proqramı haqqında ətraflı məlumat verib. İlham Əli Səftər oğlu Əliyev yenidən millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı axıradək yüksək səviyyədə doğruldacağını bildirib.

Sonda lham Əli Səftər oğlu Əliyev seçicilərin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib.

R.KAMALQIZI

Digər xəbərlər