PDF Oxu

Siyasət

  • 19

Əzmlə qələbəyə doğru

Əzmlə qələbəyə doğru

Ucar rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmuş Vüsal Hüseynovun seçiciləri ilə görüşü davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının 91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hüseynov Vüsal Afqan oğlunun Ucar rayonunun bələdiyyə binasında səhiyyə işçiləri ilə, rayonun Yuxarı Silyan və Qayzan kəndlərində isə kənd seçiciləri ilə görüşləri keçirilib. Tədbirləri giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Şəhla Abdullayeva Vüsal Hüseynovun həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumatlar verib və Yeni Azərbaycan Partiyasının hər bir namizədinin qələbəyə layiq olduğunu bildirib: "Belə ki, öz uğurlu ictimai-siyasi fəaliyyəti ilə daim seçilən partiya mənsubları xalqın etimadını doğruldan nüfuzlu təşkilatın təmsilçiləri kimi xalqa və dövlətçiliyimizin maraqlarına xidmət edirlər. Bu baxımdan, partiya tərəfindən namizədlikləri irəli sürülmüş hər bir namizədin qələbə əzmi də daim yüksək olur."

Sonra YAP-ın namizədi Vüsal Hüseynov seçicilərə seçki platforması haqqında geniş məlumat verib. Namizəd bildirib ki, YAP-ın əsas amalı dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və xalqın rifah halının daha da yaxşılaşdırılması, o cümlədən ona verilən etimadı doğrultmaqdan ibarətdir.

Çıxış edən səhiyyə işçiləri - rayonun mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı, həkim Esmira Kamilova və Yuxarı Şilyan kəndinin sakini Nazir Məmmədov, Qazyan kəndində çalışan əməkdar müəllim Yaqut Zeynalova vurğulayıblar ki, məhz YAP namizədlərinin qələbəsinə inanırlar. Onlar hər bir ölkə vətəndaşını hakim partiyanın namizədlərinə dəstək verməyə çağırıblar.

Rövşən RƏSULOV

Digər xəbərlər