PDF Oxu

Siyasət

  • 21

Qələbələrimizin təməlində xalq-dövlət vəhdəti dayanır

Qələbələrimizin təməlində xalq-dövlət vəhdəti dayanır

Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevin seçiciləri ilə görüşü keçirilib

YAP Goranboy rayon təşkilatı 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizəd Ağalar Vəliyevin Xanqərvənd kəndində Milli Məclisə seçkilərlə bağlı keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, namizədin vəkillərindən Şahin Allahverdiyev və Məzahir Zeynalov onun tərcümeyi-halı və əmək fəaliyyəti, gördüyü çoxşaxəli işləri barədə geniş məlumat veriblər.

Çıxış edən vəkillər hər kəsi seçkidə fəal olmağa və YAP-ın namizədlərinə səs verərək onları növbəti 5 ildə də yenidən Ulu Öndər Heydər Əliyev yolu ilə birlikdə addımlamağa dəvət ediblər.

Deputatlığa namizəd ilə görüşə gələn kənd sakinləri də Ağalar Vəliyevi bir layiqli vətəndaş kimi tanıdıqlarını qeyd etməklə yanaşı, həmçinin seçki günü birmənalı olaraq onu dəstəkləyəcəklərini qeyd ediblər.

Sonra Ağalar Vəliyev çxış edərək, onun haqqında müsbət fikirdə olan hər bir kənd sakininə təşəkkürünü bildirb. O, daha öncəki fəaliyyəti - IV çağırış MM-in deputatı kimi Qaradağ rayonunda gördüyü işlər barədə seçicilərə geniş məlumat verib və qeyd edib ki, orada apardığı quruculuq və xeyriyəçilik işini seçiləcəyi təqdirdə 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə davam etdirəcəkdir: "Mən, ilk növbədə, Milli Məclisə deputatlığa namizədliyimi növbəti dəfə irəli sürdüklərinə görə partiyanın rəhbərliyinə və fəallarına minnətdarlığımı bildirirəm. Yenidən millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, ötən illərdə olduğu kimi, qarşıdan gələn 5 ildə də fəaliyyətimi xalqın, cəmiyyətin istəyinə uyğun qurum, dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim. Bizim məqsəd və amalımız birdirb-Azərbaycanın inkişaf və tərəqqisi və xalqın rifah halının daha da yaxşılaşdırılması üçün yorulmadan çalışmaq. Bunun üçün bizlər, ilk növbətə ölkə rəhbərimiz, İlham Əliyev Cənabları ətrafında sıx şəkildə biləşməliyik. Bu gün Azərbaycnda olan dövlət və xalq vəhdətinin sarsılmaz gücü də bunun uğurlu nəticəsidir. Millət vəkilləri də bu istiqamətdə səylə çalşmalı, seçiciləri qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

Görüşdə çıxış edən ağsaqqallar və gənclər də Ağalar Vəliyevin Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən onun millət vəkili seçilməsi üçün yekdilliklə səs verəcəklərini bildiriblər.

Görüşdən sonra Ağalar Vəliyevlə kənd sakinləri arasında səmimi diskussiya aparılıb. Namizəd kənd sakinləri ilə söhbətində onları maraqlandıran sualları cavablandırıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər