PDF Oxu

Siyasət

  • 24

"Seçkilərdə qadın namizədlərə dəstək"

"Seçkilərdə qadın namizədlərə dəstək"

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə görüş keçirilib

Dünən YAP Qadınlar Şurasının təşkilatçılığı ilə "Seçkilərdə qadın namizədlərə dəstək" mövzusunda növbəti görüş YAP Səbail rayon təşkilatının qərargahında Səbail, Nizami, Nəsimi və Binəqədi rayon təşkilatlarının fəal qadınları və bu rayonlardan namizədlikləri irəli sürülən qadınlarla keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva ölkəmizin mühüm siyasi kampaniya-parlament seçkiləri ərəfəsində olduğunu önə çəkərək, təbliğat-təşviqat kampaniyası zamanı keçilən yola bir nəzər salmağın zərurət olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan sürətlə inkişaf edir, iqtisadi imkanları genişlənir, əhalinin rifah halı yüksəlir, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir, ən əsası ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olmasının təsdiqi kimi beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan qəbul olunur. Təbii ki, bu uğurlara yol açan Ulu Öndər Heydər Əliyev siyasəti və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir: "Qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artması onların bu gün ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 670 minə yaxın üzvünün 50 faizini təşkil etmələrindən də aydın görünür. Ulu Öndər Heydər Əliyev partiyada qadınların və gənclərin çoxluq təşkil etməsini qarşıya mühüm vəzifə kimi qoyurdu. Dahi şəxsiyyətin partiyanın II qurultayında səsləndirdiyi fikirləri yada salmaq istərdik: "Sevindirici haldır ki, qadınlar partiyamızda əhəmiyyətli yer tuturlar. Qadınlar cəmiyyətdə mühüm, həlledici amil təşkil edirlər... Qadınlar ailənin dayağı, ocağın qoruyucusudur. Buna görə də bütün qadınlar cəmiyyətdə çox mühüm rol oynayırlar."

Məhz 1995-ci ildə YAP Qadınlar Şurasının təsis edilməsi də onlara diqqət və qayğıdan irəli gəlirdi. Artıq qadınların parlamentdə, bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması da diqqət göstərilən məsələlərdəndir. Ötən parlament və bələdiyyə seçkiləri bu istiqamətdə mühüm uğurlu nəticələrlə yadda qaldı. Bu gün parlamentdə və bələdiyyələrdə təmsil olunan qadınlarımız çoxluq təşkil edir. Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərinə irəli sürdüyü nəmizədlər siyahısına diqqət yetirsək, qadınlara və gənclərə göstərilən diqqət və qayğını onların say tərkibinin artmasında daha aydın görə bilərik".

N.Əliyeva, həmçinin vurğuladı ki, qadınlar ölkədə geniş vüsəti alan abadlıq-quruculuq işlərinə töhfələri davamlıdır: "Bu da ondan irəli gəlir ki, qadınlarımız ölkənin hərtərəfli inkişafında, çiçəklənməsində, qüdrətlənməsində səylərini əsirgəmir, çalışdıqları sahədən asılı olaraq gördükləri işlərin miqyasını daha da genişləndirməyə maraq göstərirlər. Onların bu səyləri qeyd etdiyimiz kimi, digər əsas missiyalarına - ailənin dayağı, ocağın qoruyucusu vəzifəsinə əsaslanır. Ailənin kiçik bir dövlət olduğunu nəzərə alsaq, bu dövlətin bütövlüyünü, dəyərlərini qorumaq üçün daha çox səy göstərən qadın və ana, sözsüz ki, bu gün böyük uğurları ilə dünyanın diqqətində olan müstəqil dövlətimizin-Azərbaycanımızın daha da qüdrətlənməsinə çalışacaq. Dövlət başçısı İlham Əliyevin bu fikirlərini xatırlamaq istərdik: "Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyimiz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir."

N.Əliyeva bu uğurların əsasında Azərbaycan qadınlarının, xüsusilə Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınlarımızın fəallığının daha da artması üçün möhkəm bazanın olduğunu qeyd etdi. Bildirdi ki, bugünkü tədbir bir daha qadınların seçkilərdə fəal iştirak etmək istəyinin nümayişidir.

O da xüsusi qeyd edildi ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ayrı-ayrı sahələrin inkişafına yönələn diqqət və qayğısının, gördüyü işlərin fonunda, ümumilikdə Azərbaycan qadınının nəyə qadir olduğunu görürük. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bu adlara layiq görülməsini şərtləndirən işlərə, Onun bilavasitə təşkilatçılığı və təşəbbüsü ilə həyata keirilmiş və reallaşdırılmaqda olan proqram və layihələrin miqyasına diqqət yetirdikdə Azərbaycanın inkişafına verilən töhfələrin aydın mənzərəsi yaranır. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Muğamımızın inkişafı yönümündə atılan addımlar göz qabağındadır. Fondun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahı və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir.

YAP hər zaman dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində vətəndaşları böyük həqiqətlərə inandırmağı bacaran siyasi qüvvədir. YAP həmişə sabitliyin, ölkədə stabilliyin möhkəmləndirilməsi, dövlətçilik siyasətinin qorunması istiqamətində siyasi cəhətdən mükəmməl partiya kimi insanlara yol göstərməyi bacarıb. Buna görə də, seçkilərlə də bağlı Onun həyata keçirdiyi hazırlıq işləri həmişə ciddi nəticələr verib, bütün seçkilərdə qələbə qazanıb. YAP-ın ən böyük uğuru Cənab İlham Əliyevin partiyamızın Lideri olmasıdır.

Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 21 saylı Nəsimi 1-ci Seçki Dairəsi üzrə irəli sürülən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxışında ölkəmizin uğurlarının bələdçisi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan və siyasi çəkisindən bəhs etdi. Bildirdi ki, bu gün partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənməsi, ölkədə keçirilən hər bir seçki prosesinin partiyanın tarixinə qələbə kimi yazılması deyilənlərin təsdiqidir. Bu inam möhkəm əsaslara söykənir ki, Yeni Azərbaycan Partiyası növbəti parlament seçkilərini də uğurla, böyük qələbə ilə başa vurcaq, ölkəmizin davamlı inkişafı təmin ediləcək, yeni hədəflərə doğru inamla irəliləyəcəyik.

Namizədliyi Yeni Azərbaycan Partiyası tərədfindən 25 saylı Nizami 2-ci Seçki Dairəsi üzrə irəli sürülən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxışında bildirdi ki, Azərbaycanın, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının qarşısında yeni-yeni imkanlar açılır. Təbii ki, buna əsas yaradan ötən illərin uğurları və onların əsasında müəyyənləşdirilən yeni-yeni prioritet məqsədlərdir. Ötən beş ildə istər ölkənin, istərsə də Yeni Azərbaycan Partiyasının tarixinə yazılan uğurlardan bəhs edən S.Vəliyeva bildirdi ki, bu uğurlar bizə irəliyə daha inamla addımlamağa sitmul verir.

Tədbirdə Nəsimi rayon seçicisi Məlihə Əsədova, Nizami rayon seçicisi Sabirə Haqverdiyeva çıxış edərək ölkəmizdə vətəndaşlara bütün azadlıqlar verildiyini önə çəkərək, bütün seciçiləri seçkilərdə sərbəst seçim hüquqlarından istifadə edib, layiqli namizədlərə səs verməyə çağırdılar.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər