PDF Oxu

Siyasət

  • 28

Yeni Azərbaycan Partiyası işıqlı gələcəyin təminatçısıdır

Yeni Azərbaycan Partiyası işıqlı gələcəyin təminatçısıdır

Deputatlığa namizəd Məlahət İbrahimqızının seçicilərlə növbəti görüşü keçirildi

1 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 21 saylı Nəsimi 1-ci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən rayonun Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri, 20 Yanvar əlilləri, Çernobıl əlilləri ilə keçirilən görüşdə 200-dən artıq seçici iştirak edirdi.

Görüşdə çıxış edən deputatlığa namizəd Məlahət İbrahimqızı ilk olaraq bütün iştirakçıları Azərbaycan tarixində əlamətdar gün olan 18 Oktyabr Müstəqillik Günü münasibət ilə təbrik edərək, Azərbaycanın işıqlı gələcəyi uğrunda canından keçmiş vətənin mərd oğullarının qarşısında hər bir azərbaycanlının mənən borclu olduğunu bildirdi. Müstəqillik tariximizin təməlinin qoyulduğu zamandan ötən 24 il ərizində Azərbaycanın dinamik inkişaf yolunu keçdiyini qeyd edən M.İbrahimqızı bu tarixi zamanda ölkə başçısının reallaşdırdığı uğurlu islahatlar nəticəsində yüksək göstəricilərin əldə olunduğunu bildirdi. "Bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə davam etdirən Cənab İlham Əliyevin dövlətçiliyimizin və xalqımızın tərəqqisinə yönəlmiş siyasətinin məntiqi nəticəsidir", - deyən M.İbrahimqızı ölkəmizdə müharibə əlillərinin, şəhid ailələrinin, veteranların daim dövlət qayğısı ilə əhatə olduğını qeyd etdi.

Müasir həyatımızda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrildiyini bildirən deputatlığa namizəd bütün seçicilərini dövlətimizin gələcək inkişafı, ölkədə sülhün, əmin-amanlığın davamlı olması üçün YAP-ın namizədlərinə səs verməyə çağırdı. O, seçicilərinin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə, daim onların yanında olacağını, onların bütün problemlərinin, fikir və təkliflərinin həllinə yardım edəcəyini söylədi. Məlahət xanım YAP Nəsimi rayon təşkilatının sədri kimi, daim insanlarla təmasda olduğunu və müharibə əlillərinin, şəhid ailələrinin problemlərinə həssaslıqla yanaşdığını diqqətə çatdırdı. 2000-ci ildə millət vəkili olan Məlahət xanım bundan sonrakı fəaliyyətində də öz seçicilərinin yanında olacağını qeyd etdi.

Görüşdə çıxış edən "Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri" İctimai Birliyinin sədri Azər Quliyev, "20 Yanvar Cəmiyyəti" Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Xələf Həsrətov Məlahət xanımın hər zaman xeyirxah əməllərilə hörmət qazandığını və ictimai-siyasi fəaliyyətilə dövlətimizə xidmət göstərdiyini qeyd edərək, YAP-ın namizədinə səs verəcəklərini bildirdilər.

Sonra Məlahət İbrahimqızı III Alatavada yaşayan seçicilərlə görüşdü, onları narahat edən problemlərini öyrəndi. O, seçiləcəyi təqdirdə, onların mövcud olan problemlərinin həllində yaxından iştirak edəcəyini bildirdi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər