Yeni Azərbaycan Partiyasının (YAP) 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası "Yeni hədəflərə doğru" şüarı ilə davam etdirilir.
54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Tahir Süleyman oğlu Süleymanovun Şabran rayonunun Əmirxanlı kəndinin kitabxanasında seçicilərlə növbəti görüşü keçirilib.
80 nəfər seçicinin iştirak etdiyi görüşü YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açaraq qeyd edib ki, Tahir Süleymanovun fəaliyyəti barədə məlumat verərək bildirib ki, Azərbaycanın inkişaf və tərəqqisində bir millət vəkili kimi oynadığı rol da ilk növbədə Vətəninə, dövlətinə, xalqına sadiqliyi ilə bağlıdır: "Eyni zamanda, bu siyasətin aparıcı və avanqard gücü olan Yeni Azərbaycan Partiyasının dövlət siyasətində oynadığı rol da çox önəmlidir. Partiyamızın Sədri, Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalq tərəfindən dəstəklənir. Məhz xalq-iqtidar vəhdətinin nəticəsidir ki, Azərbaycan dünyada söz sahibinə çevrilib. Təbii ki, burada YAP-ı təmsil edən deputatlarımız hər zaman fəallıqları ilə seçiliblər. Tahir Süleymanov bir YAP-ı təmsil edən millət vəkili kimi ötən dövrdə üzərinə götürdüyü bütün öhdəlikləri şərəflə yerinə yetirib. Bu gün onun hər bir seçicisi bir daha Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəyini vurğulayır".
Görüşdə çıxış edən seçicilərdən Əmirxanlı kənd sakinləri Ceyran Hüseynova, Səlim Məmmədov, Firudin Muradov və başqaları YAP tərəfindən namizədliyi irəli sürülmüş Tahir Süleyman oğlu Süleymanovun işgüzar bir deputat kimi gördüyü işlərdən bəhs edərək, namizədin rayon sakinləri arasında yüksək nüfuzunun olduğunu vurğulayıblar. Çıxış edənlər keçən dövr ərzində Tahir Süleymanovun rayonun sosial problemlərinin həllindəki roluna yüksək qiymət verərək Əmirxanlı kəndindəki bir neçə problemin həllində köməklik göstərməyi xahiş ediblər. Eyni zamanda, həmişə olduğu kimi, 1 noyabrda keçiriləcək növbəti parlament seçkilərində də YAP tərəfindən namizədliyi irəli sürülən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən olan Tahir Süleyman oğlu Süleymanova dəstək verəcəklərini bildiriblər.
YAP-ın namizədi Tahir Süleymanov Tədbirin sonunda namizəd seçicilər qarşısında çıxış edərək Cənab İlham Əliyevin Prezidentliyi dövründə respublikamızda eləcə də respublikamızdan kənarda apardığı sosial-iqtisadi işlərdən geniş danışıb: "Bu gün Azərbaycanın inkişaf və tərəqqisinin əsası Ulu Öndər Heyədr Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yürüdülən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan nəninki regionda, eləcə də beynəlxalq aləmdə söz sahibinə çevrilmidir. Biz də təbii ki, bu siyasətin dəstəkləyiciləri kimi daim ölkə Prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanımızın inkişafında əməyimizi əsirgəməməliyik. Məhz parlament seçkilərində də xalqımızın böyük əksəriyyəti hakim YAP-ın namizədlərini dəstəkləyəcəyini vurğulayırlar. Çünki YAP xalqın partiyasıdır."
T.Süleymanov, həmçinin bildirib ki, millət vəkili ilk öncə, millətinin vəkili olmalı, dövlətinin, xalqının daha yaxşı rifahı üçün çalışmalı, bu işdə yorulmadan çalışmalıdır: "Məhz bu amili hər zaman diqqətində saxlayan millət vəkili seçicilərinin qarşısına inamla, fərəhlə çıxır. Həm deputatlığa namziəd kimi, həm də seçiki dairəsində yaşayan hər bir sakinin sosial-məişət və s. problemlərini dinləyib, onları həll etmək bizim ümdə borcumuzdur."
Yekunda namizəd Tahir Süleymanov görüşünə gəlmiş bütün seçicilər minnətdarlığını bildirib və qeyd edib ki, növbəti dəfə parlamentə seçilərsə bir daha seçicilərinin etimadını doğruldacağını vəd verib. Həmçinin, noyabrın 1-də keçiriləcək parlament seçkisində YAP-ın namizədlərinə səs verməyə çağırıb.
RƏFİQƏ HÜSEYNOVA