Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Qusar Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Badamov Azər Camal oğlunun rayonun Aşağı Ləgər kəndində seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsinin sədri David İbramxəlilov bildirib ki, mütəşəkkil siyasi partiya olan YAP növbəti parlament seçkilərinə də mütləq qələbə qazanmaq əzmi ilə "Yeni hədəflərə doğru" gedir: "Yeni Azərbaycan Partiyası dəfələrlə azad, şəffaf, demokratik seçkilərdə böyük səs çoxluğu ilə, alternativsiz qələbə qazanmağa qadir olduğunu təsdiqləyib. Belə ki, Yeni Azərbaycan Partiyası yarandıqdan sonra ölkədə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində, birmənalı olaraq, yüksək səs çoxluğu ilə qələbə qazanıb. Bu qələbələr seçicilərin Yeni Azərbaycan Partiyasına olan böyük etimadı, onların mütləq əksəriyyətinin məhz YAP-ın namizədlərinə səs verməsi sayəsində əldə olunub."
D.İbramxəlilov 1 noyabr 2015-ci il parlament seçkilərində partiyanın inamlı qələbəsinin qaçılmaz olduğunu qeyd edib. O, seçiciləri fəal olmağa və partiyanın namizədinə səs verməyə çağırıb.
Seçicilərlə görüşdə çıxış edən partiyanın namizədi Azər Badamov özünün seçki platforması haqqında geniş məlumat verərək, millət vəkili seçiciləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb. A.Badamov seçicilərinin etimadını doğruldacağına, onların problemləri ilə maraqlanacağını bildirib. Sonra partiyanın namizədi seçiciləri maraqlandıran sualları cavablandırıb.
Görüşdə çıxış edən seçicilər birmənalı olaraq 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində YAP-ın namizədi dəstəkləyəcəklərini bildiriblər.
NƏZAKƏT