PDF Oxu

Siyasət

  • 20

Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Yaqub Mahmudovun seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Yaqub Mahmudovun seçicilərlə görüşü keçirilib

"Problemlərini dinləyib, onları həll etmək bizim həm vəzifə, həm də vətəndaşlıq borcumuzdur"

113 saylı Şəki Dairə Seçki Komissiyası ərazisində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Mahmudov Yaqub Mikayıl oğlunun seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi Həsən Həsənov bildirib ki, Yaqub Mahmudovun fəaliyyəti barədə ölkə ictimaiyyətində kifayət qədər məlumatlar var və onun Azərbaycanın inkişaf və tərəqqisində bir millət vəkili kimi oynadığı rolu, o cümlədən, elmimizin, tariximizin öyrənilməsində verdiyi töhfələr də ilk növbədə Vətəninə, dövlətinə, xalqına sevgisi ilə bağlıdır: "Əlbəttə ki, bu siyasətin aparıcı və avanqard gücü olan Yeni Azərbaycan Partiyasının dövlət siyasətində oynadığı rol da çox önəmlidir. Partiyamızın Sədri, Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalq tərəfindən dəstəklənir. Bu, həm də xalqın iqtidara olan inamının məntiqi nəticəsidir ki, Azərbaycan nəninki regionda, həmçinin beynəlxalq aləmdə söz sahibinə çevrilib. Eyni zamanda, ölkəmizin inkişafında qanunverici orqanımız olan Milli Məclisin, orada fəaliyyət göstərən deputatlarımızın da rolları əhəmiyyətlidir. Bu baxımdan, demək istərdim ki, YAP-ı təmsil edən deputatlarımız hər zaman fəallıqları ilə seçiliblər. Yaqub müəllim də YAP-ı təmsil edən bir millət vəkili kimi ötən dövrdə üzərinə götürdüyü bütün öhdəlikləri şərəflə, ləyaqətlə yerinə yetirib. Bu gün onun hər bir seçicisi bir daha Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəyini vurğulayır".

Çıxış edən Yaqub Mahmudov da, öz növbəsində seçicilərə bildirib ki, millət vəkili ilk öncə məhz millətinin vəkili olmalı, bu adı, bu titulu qazanırsa, ədlə edirsə, onun məsuliyyətini də dərk etməlidir: "Ona görə də dövlətinin, xalqının daha yaxşı rifahı üçün çalışmalı, bu işdə yorulmadan əzmkarlıq göstərməlidir. Söz yox ki, belə əhəmiyyətli faktorları hər zaman diqqətində saxlayan millət vəkili hər dəfə öz seçicilərinin qarşısına çıxarkən, bunu inamla, fərəhlə edir. Biz Şəkinin inkişaf və tərəqqisinin şahidləriyik. Bu tarixi bölgəmiz bütün sahələrlə yanaşı, həm də turizm potensialına görə birincilik təşkil etməkdədir. Əlbəttə, inkişaf təzahürlərimizdən biri də bu amilə söykənir. Ancaq biz xalqı da unutmamalı, daim seçicilərimizlə təmas qurmalıyıq. Deputatlığa namziəd kimi, həm də seçiki dairəsində yaşayan hər bir sakinin sosial-məişət və s. problemlərini dinləyib, onları həll etmək bizim həm vəzifə, həm də vətəndaşlıq borcumuzdur".

Sonra seçicilər öz namizədləri haqqında fikirlərini bildiriblər. Çıxış edənlər ötən dövr ərzində Yaqub Mahmudovun Şəkinin, rayonun ətraf qəsəbə və kəndlərinin sosial problemlərinin həllindəki roluna yüksək qiymət verərək, ona təklif və suallarla müraciət ediblər. Yqaub Mahmudov təklifləri dinlədikdən sonra, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər