PDF Oxu

Siyasət

  • 24

Müxalifətin seçki texnologiyası yararsız çıxdı

Müxalifətin seçki texnologiyası yararsız çıxdı

Bütün dövrlərdə və zamanlarda müxalifət partiyaları ölkədə keçirilən taleyüklü tədbirl ərərəfəsi müxtəlif süni şoular yaradır, hay-küylü toplantılar təşkil etməyə cəhdlər göstərirlər. Amma buna baxmayaraq öz iyərnc məqsədlərinə çata bilmirlər. Əksinə, özlərini daha rüsvayçı vəziyyətə salmış olurlar. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr var. Həmin qüvvələr müxalifətin hədsiz zəifliyindən təşvişə düşürlər. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin zəif olması xarici qüvvələrə bir o qədər də sərf etmir: "Müxalifət zəif olanda, onlar Azərbaycanda öz məkrli siyasi maraqlarını həyata keçirə bilmirlər. Heç keçirə də bilməzlər. Çünki indiki müxalifətin xalq tərəfindən heç bir siyasi gücü yoxdur. Həmin xarici qüvvələr də bu reallığı gördüyü halda müxalifətin canlanması üçün nə isə bir ideya ortaya atır. Yəni ola bilər ki, müxalifətin dağılmış bloklarının yenisi ilə əvəz olunması hansısa xarici qüvvələrin sifarişi ilə ola bilər. Amma bu da baş tutan deyil".

Təşkilat sədri onu da bildirdi ki, müxalifətin yaratdığı blok və qurumların uzun ömürlü ola bilməməsinin əsas səbəbi müxalifət daxilində partiya liderlərinin biri-birinə qarşı səmimi münasibətlərinin olmaması və şəxsi ambisiyalarını önə cəkmələridir: "Müxalifət partiyaları hədsiz zəif olduqları halda böyük ambisiyalarla çıxış edirlər. Reallığı özündə əks etdirməyən xəyallara dalırlar. Təbii ki, müxalifət hər hansı bir siyasi gücə sahib olmadığından, məğlubiyyətə dücar olur. Ona görə də, bu təşkilatların dağılması qaçılmazdır".

Təhmasib Novruzov onu da bildirdi ki, müxalifət partiyalarının qısa müddət ərzində dağılmasının bir çox səbəbləri var: "Başlıca səbəblərdən biri müxalifət partiyalarına rəhbərlik edən şəxslərin şəxsi ambisiyalarının olmasıdır ki, nəticədə qurumları tezliklə parçalanıb dağılır. Belə ki, hər zaman müxalifət partiyaları arasında qarşıdurma və çəkişmələr olub. Demək olar ki, bu kimi amillər artıq müxalifətdə ənənəvi xarakter alıb. Bu da müxalifət düşərgəsində olan partiyaları ortaq bir məxrəcə gələ bilməsinə əngəl yaradır. Çünki müxalifət partiya rəhbərləri bir-birinə güzəştə getmək istəmirlər. Belə olan halda, həmin partiyalar daxilində bu cür başadüşülməyən vəziyyət yaranır. Ümumiyyətlə, bu gün müxalifətçilərin biri-birini təhqir edir, gözdən salmağa çalışır ki, bu kimi faktorlar onların hədsiz dərəcədə zəifləməsinə gətirib çıxarır. Demək olar ki, bu gün onların ayrı-ayrılıqda güc mərkəzinə çevirmək cəhdləridə uğursuzluğa səbəb olur. Çünki müxalifət daxilində birlik yoxdur. Birlik olmayan hər hansı bir təşkilatda irəliləyişdən və inkişafdan söhbət gedə bilməz. Amma buna baxmayaraq, yenə də müxalifətçilər öz çirkin əməllərindən əl çəkmirlər. Yəni müxalifət rəhbərlərini düşündürən əsas məsələ, qarşı tərəfi kiçiltməklə, aşığılamaqla özlərini böyütməkdir. Bütün bunları nəzərə alaraq demək olar ki, müxalifət liderləri özləri özlərinin axrına çıxırlar".

GÜLYANƏ

Digər xəbərlər