PDF Oxu

Siyasət

  • 33

Yeni Azərbaycan Partiyası - yalnız qələbə, yalnız zəfər!

Yeni Azərbaycan Partiyası - yalnız qələbə, yalnız zəfər!

YAP-ın namizədi Elman Nəsirov Göyçay ağsaqqalları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Göyçay rayon təşkilatının yeni inzibati binasında partiya tərəfindən 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsirov Elman Xudam oğlunun rayon ağsaqqları ilə görüş keçirilib. Görüşü YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açaraq namizədin əmək fəaliyyəti və seçki platforması haqqında seçicilərə geniş məlumat verib. Qeyd olunub ki, bu gün YAP-ın hər bir namizədi qələbəyə və zəfərə layiq insanlardırlar. Onların hər biri dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün əzmlə çalışır, öz töhfələrini verirlər.

Daha sonra çıxış edən Elman Nəsirov bildirib ki, bu gün Azərbaycan bir sabitlik adasıdır. Bu siyasətin təməlində isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasi kurs və bu kursun layilqi davamçısı Prezident İlham Əliyev Cənablarının mütərəqqi siyasəti dayanır.

Namizəd, eyni zamanda bildirib ki, millət vəkili seçiləcəyi təqdirdə, məhz bu uğurlu siyasətdən bəhrələnərək, Vətəninə, xalqına, eləcə də hə bir seçicisinə xidmət edəcək. Elman Nəsirov seçkilər günü hər bir seçicini fəal olmağa çağırıb.

Seçicilər də, öz növbələrində bildiriblər ki, onlar YAP-ın namizədini birmənalı şəkildə dəstəkləyəcəklər.

Rövşən RƏSULOV

Digər xəbərlər