PDF Oxu

Siyasət

  • 30

Növbəti uğurlu inkişafa doğru

Növbəti uğurlu inkişafa doğru

Deputatlığa namizəd Nəriman Əliyevin Masallı rayonu Şıxlar kəndində seçicilərlə növbəti görüşü keçirilib

Dünən Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əliyev Nəriman Əlibala oğlunun Masallı rayonu Şıxlar kəndində seçicilərlə növbəti görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev son 12 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirdi: " Bu uğurun, inkişafın demək olar ki, bütün sferalarda hiss olunub. Keçən zaman ərzində ölkədə ümumdaxili məhsulun, sənaye və kənd təsərrüfatı, orta aylıq əmək haqları, pensiyalar, sosial müavinətlər artırılıb, yoxsulluq səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb".

S. Əliyev Şıxlar kəndinin seçicilərinə müraciət edərək, bu uğurların davamlı və uzunmüddətli olması üçün hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin üzvü Rafiq Bağırov dövlətin inkişafında Yeni Azərbaycan Partiyasının rolundan və Prezident İlham Əliyevin xalqa, dövlətə xeyirli, gərəkli və müstəsna xidmətlərindən söz açıb. R.Bağırov seçiciləri fəal olmağa və ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə dəvət edib.

Görüşdə Şıxlar kənd sakinləri adından çıxış edən Qüdrət Əmirov, Şərəfxan Əhmədov və digərləri Azərbaycan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini qeyd etdilər bir seçici kimi özlərinin, eləcə də kənd sakinlərinin YAP-ın namizədi olan Nəriman Əliyevə səs verəcəklərini söylədilər.

Görüşdə çıxış edən YAP-ın depudatlığa namizədi Nəriman Əliyev rayonda görülmüş quruculuq-abadlıq işlərindən, yeni iş yerlərinin açılmasından geniş və əhatəli məlumat verib. Bildirib ki, ölkə başçısının reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün ölkəmizdə olduğu kimi rayonumuzda da böyük işlər görülüb: " Bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir".

Nərimən Əliyev bütün seçiciləri bu amallar uğrunda dövltə, xalqa xitmət edən YAP-ın namizədlərinə səs verməyə çağırdı. O, seçicilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə onların bütün problemlərinin, fikir və təkliflərinin həllində yardımçı olacağını söylədi.

Görüşün sonunda Nəriman Əliyev Şıxlar kənd sakinləri ilə səmimi söhbət edərək onların problem və təkliflərini dinlədi.

Rəfiqə Kamalqızı

Digər xəbərlər