PDF Oxu

Siyasət

  • 38

Aİ-nin rəhbəri: “Mənim üçün gender bərabərliyi önəmli məsələ olub”

Aİ-nin rəhbəri: “Mənim üçün gender bərabərliyi önəmli məsələ olub”

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə "Dövlət qulluğunda qadın karyerası" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, tədbirin əsas məqsədi qadınların potensiallarının artırılması prosesinə təşəbbüs göstərmək, dövlət qulluğunda onların şəbəkə yaratmaq bacarıqlarını gücləndirmək və yeni işgüzar əlaqələr qurmaqda yardım etməkdir.Onun sözlərinə görə, dövlət idarəçiliyində, xüsusilə də rəhbər vəzifələrdə çalışan qadınların siyasi və digər məsələlərlə bağlı müzakirələrdə bərabərlik prinsipi əsasında iştirakı inkişaf baxımından böyük əhəmiyyət kəsb edir: "Dövlət idarəçiliyinə cəlb edilən qadınların potensiallarının tam üzə çıxarılması ilə bağlı hələ də bəzi problemlər mövcuddur. Statistikaya nəzər saldıqda görərik ki, müsabiqədən uğurla keçənlərin arasında qadınların çəkisi 25-30 faiz arasındadır".Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə diqqətə çatdırıb ki, qadınlar təhsil, səhiyyə və digər sosial sahələrə daha çox önəm verirlər: "Hətta son zamanlar bələdiyyələrdə qadınların sayı artmaqdadır. Dövlət qulluqçusu olan bir qadın kimi, beynəlxalq tədbirlərdə iştirak edirəm. Gender bərabərliyi mənim üçün hər zaman önəmli məsələ olub. Hər bir ölkədə bu yanaşma prioritet məsələ olmalıdır".Dəyirmi masa diskussiya şəklində davam etdirilib.Qeyd edək ki, tədbir Avropa İttifaqının "Şərq Tərəfdaşlığının Hərtərəfli İnstitusional Quruculuq Proqramının" İnstitusional İslahat Planı 3 çərçivəsində DQMK və GİZ tərəfindən həyata keçirilən "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək" layihəsi əsasında keçirilir. Layihə Avropa İttifaqı və Almaniyanın İqtisadi və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilir.

sia.az

Digər xəbərlər