PDF Oxu

Siyasət

  • 18

QAT sədri: “Heç kim özünü aldatmasın” AÇIQLAMA

QAT sədri: “Heç kim özünü aldatmasın” AÇIQLAMA

"Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının növbəti görüşünün keçirilməsi üçün beynəlxalq təşkilatlar mütəmadi olaraq səy göstərirlər. Onlar çalışırlar ki, hansısa bir iş görsünlər və yaxud iş görüntüsü yaratsınlar". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, heç şübhəsiz ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşlərin keçirilməsinə cəhd ediblər: "Hətta bununla bağlı Azərbaycana da müəyyən səfərlər də olub. Biz həmişə onun əleyhinə olmuşuq. Çünki bu görüşlərin heç bir mənasl yoxdur. Bu səfərlər birmənalı şəkildə Ermənistanın maraqlarına xidmət edir. Çox təəssüf ki, Azərbaycanda da bəzi şəxslər, qurumların rəhbərləri bu görüşlərin təşəbbüskarı kimi çıxış edirlər. Ermənistan istəyir ki, vəziyyət olduğu kimi qalsın və görüş, dialoq görüntüsü yaradılsın. Amma Azərbaycan torpaqlarının işğaldan azad olunması qətiyyən bu yolla, dialoqla mümkün deyil. Ona görə də heç kim özünü aldatmasın və öz enerjisini bu cür mənasız işlərə sərf etməsin".

sia.az

Digər xəbərlər