İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Valisi İsmayıl Cabbarzadə başçılıq etdiyi siyasi və iqtisadi heyətlə birgə Bakıya səfəri çərçivəsində 19 oktyabr tarixində Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovla görüşmək üçün Naxçıvana gələcək. SİA-nın xəbərinə görə, görüş zamanı ikitərəfli əlaqələr və Ali Məclis Sədrinin cari ilin iyun ayında Təbrizə səfəri zamanı aparılan danışıqların nəticəsinin müzakirəsi və digər məsələlər bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.Məlumat üçün bildərk ki, Ali Məclisin Sədri cari ilin iyun ayının 9-u Təbrizə səfər edib. Vali ilə görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparılmış, mədəni və iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanmışdır.Şərqi Azərbaycan Vilayəti ilə Naxçıvan arasında iqtisadi, mədəni və səhiyyə əməkdaşıarının mübadiləsi, İranın şimal-qərb bölgəsinin gömrük rəsmiləri ilə Naxçıvan gömrük rəsmilərinin görüşü də Ali Məclis Sədrinin Təbrizə səfərinin nəticələrindən hesab olunur. Şərqi Azərbaycan Valisinin başçılıq etdiyi heyətlə birgə Naxçıvan Muxtar Respublikasına bir günlük səfəri çərçivəsində muxtar respublikanın iqtisadi mərkəzlərinə, səhiyyə obyektlərinə və universitetlərinə baxışı nəzərdə tutulur.Xatırladaq ki, İranın Şərqi Azərbaycan vilayəti Azərbaycanla həmsərhəddir.
sia.az