PDF Oxu

Siyasət

  • 11

E.Məmmədyarov: “Azərbaycanla Gürcüstan arasında sərhəd problemləri olmamalıdır” YENİLƏNİB

E.Məmmədyarov: “Azərbaycanla Gürcüstan arasında sərhəd problemləri olmamalıdır” YENİLƏNİB

Bu gün Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyində oılub. SİA-nın məlumatına görə, Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə həm təkbətək, həm də geniştərkibli görüş keçirib.Nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, eləcə də regional məsələləri müzakirə ediblər. Bununla belə qarşılıqlı əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib. Nazir Elmar Məmmədyarov görüş haqqında jurnalistlərə bildirib ki, həmkarı ilk dəfədir ki, Azərbaycanda rəsmi səfərdədir: "Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq gücləndirilir. Hər iki ölkə beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirlər. Biz enerji, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini müzakirə etdik. Noyabrın 6-da Azərbaycan Prezidenti Gürcüstanda səfərdə olacaq. Biz həmkarımla müzakirə etdik ki, orada hansı sənədlər imzalana bilər. Eləcə də biz delimitasiya barədə söhbət apardıq.Əgər biz strateji əməkdaşlıq ediriksə, Azərbaycanla Gürcüstan arasında sərhəd problemləri olmamalıdır".Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili isə Azərbaycana dəvətə görə E.Məmmədyarova təşəkkürünü bildirib: "Biz ilk dəfə BMT-də reallaşan toplantıda görüşmüşdük. Yüksək səviyyəli qarşılıqlı əlaqələrin davam etdirilməsi lazımdır. Enerji, nəqliyyat sahəsini, eləcə də Cənub Qaz dəhlizinin inkişaf etdirilməsini xüsusi qeyd etməliyik. Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatını yüksək dəyərləndiririk. Çalışacayıq ki, yaxın gələcəkdə E.Məmmədyarovu Gürcüstanda salamlayaq".Qeyd edək ki, səfər sabah başa çatacaq.Xatırladaq ki, bu Giorgi Kvirikaşvilinin xarici işlər naziri seçiləndən sonra ilk xarici rəsmi səfəridir.

sia.az

Digər xəbərlər