PDF Oxu

Siyasət

  • 22

Astaralılar YAP-ın namizədini dəstəkləyirlər

Astaralılar YAP-ın namizədini dəstəkləyirlər

Rəşad Mahmudov: "Uğurlarımız bir-birini əvəzlədikcə yeni-yeni hədəflərə yol açılır"

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüşlərdən biri Astara rayonunun Artupa və Suparibağ kəndlərində keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Firudin Əhmədov, YAP tərəfindən Milli Məclisə 77 saylı Astara Seçki Dairəsi üzrə namizədliyi irəli sürülən Rəşad Mahmudov və kənd sakinləri iştirak ediblər.

YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxış edərək ölkəmizdə əldə olunan böyük nailiyyətlərdən danışıb. F.Əhmədov YAP-ın güclü siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə qalib gəldiyini diqqətə çatdırıb. O, partiyanın layiqli namizədlərinin xalq tərəfindən həmişə dəstəkləndiyini qeyd edərək, partiyanın namizədi-Rəşad Mahmudov haqqında ətraflı məlumat verib. Sonda Firudin Əhmədov seçiciləri 1 noyabrda keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb. 77 saylı Astara Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rəşad Mahmudov görüşdə çıxış edərək bildirib ki, ölkə ictimaiyyəti Azərbaycanın bugünkü reallıqları fonunda seçkilərə qatılıb, öz seçim hüquqlarından istifadə edərək hansı siyasi qüvvəyə, namizədə səs verəcəyini artıq heç bir çətinlik çəkmədən müəyyənləşdirmək imkanındadır: "Seçki ərəfəsində ölkədəki sakitlik də yüksək səviyyədədir. Azərbaycanın hazırkı inkişafı göz qabağındadır.

Reallıqların içərisində olan, hər gün yeniləşmənin, inkişafın, tərəqqinin şahidinə çevrilən xalq düzgün dəyərləndirmə aparmaqla seçki prosesində fəal iştirak edəcək. Uğurlarımız bir-birini əvəzlədikcə yeni-yeni hədəflərə yol açılır ki, bu da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir". R. Mahmudov rayon sakinlərini seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb. O, həmçinin deputat seçiləcəyi təqdirdə, görəcəyi işlər haqqında da məlumat verib. Təbliğat qrupunun üzvləri çıxış edərək bildiriblər ki, noyabrın 1-də seçki məntəqələrinə gedərək Rəşad Mahmudova səs verməklə, Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs vermiş olacaqlar. Seçicilər çıxışlarında Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini, 77 saylı Astara Seçki Dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Rəşad Mahmudova səs verəcəklərini bildiriblər.

İntizarə Məmmədova

Digər xəbərlər