PDF Oxu

Siyasət

  • 29

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü planlaşdırılır

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü planlaşdırılır

Elşad Mirbəşiroğlu: "Əgər erməni icması prinsipiallıq nümayiş etdirərsə, münaqişənin həllində bir canlanma ola bilər"

Beynəlxalq təşkilatlar yenidən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsinə səylər göstərirlər. Bu görüşün baş tutmasına inam az olsa da beynəlxalq təşkilatlar israrlıdırlar. Çünki bir neçə dəfə bu tip görüşlərin təşkil olunmasına səylər göstərilsə də, separatçı rejimin mənfur mövqeyi səbəbindən görüş baş tutmayıb. Bu baxımdan, növbəti görüşündə reallaşa biləcəyi inandırıcı görünmür. Amma beynəlxalq təşkilatların görüşün keçirilməsi üçün səylərini davam etdirdikləri müşahidə olunur. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, vaxtilə bu formatda bir çox görüşlər keçirilib: "Hər zaman olduğu kimi, Azərbaycan tərəfi səmimiyyətlə Dağlıq Qarabağ münaqişəsinin həll olumasında maraqlı olduğunu nümayiş etdirib. Amma işğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin qarşısını alınmasında maraqlı olduğunu göstərib. Bu baxımdan, düşünürəm ki, işğalçı Ermənistanın icmalar arasında görüşün baş tutmasına imkan verəcəyi inadırıcı görünmür. Burada heç bir halda, Dağlıq Qarabağ tərəf kimi tənzimləmə və danışıqlar prosesində iştirak edə bilməz. Çünki bu ərazi Azərbaycanın bir hissəsidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənmizlənməsinə tərəfdardır. Öz ərazi bütövlüyünü təmin etmək istəyir".

"Ümumiyyətlə, azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa bir müsbət yenilik gətirə bilərmi" sualını cavablandıran E.Mirbəşiroğlu bildirdi ki, əgər erməni icması prinsipiallıq nümayiş etdirərsə, münaqişənin həllində bir canlanma ola bilər: "Yəni erməni icması bu məsələlərə obyektiv yanaşarsa, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Dağlıq Qarabağın Azərbaycan əraziləri olması prinsipindən çıxış edərsə, bu, öz müsbət təsirini göstərə bilər. Lakin təəssüflər olsun ki, biz Ermənistan tərəfindən bu məsələyə əks-mövqedən yanaşmanın şahidi oluruq".

GÜLYANƏ

Digər xəbərlər