PDF Oxu

Siyasət

  • 23

Ağcabədidə Tahir Rzayevin seçicilərlə görüşləri uğurla davam edir

Ağcabədidə Tahir Rzayevin seçicilərlə görüşləri uğurla davam edir

Ağcabədi rayonunun Salmanbəyli və Avşar kənd seçicilərinin Yeni Azərbaycan Partiyası tərəfindən 82 saylı Ağcabədi Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin görüşü keçirilib.

Hər iki kənddə görüşü YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, noyabrın 1-də keçiriləgək parlament seçkiləri barədə məlumat verərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında xüsusi önəm daşıdığını, bu gün ətrafında 700 minə yaxın siyasi həmfikri birləşdirən bir partiya olaraq builki parlament seçkilərinə "Yeni hədəflərə doğru" şüarilə qatıldığını bildirib. R.Əhmədov 4-cü dəfə YAP-dan namizədliyi irəli sürülən Tahir Rzayevin əmək fəaliyyəti barədə məlumat verərək, onun deputat kimi fəaliyyət göstərdiyi dövrlərdə özünü doğrultduğunu, seçicilərin etimadını qazandığını, növbəti dəfə ona etimad göstərilərsə, daha təcrübəli bir parlament üzvü kimi daha yaxşı fəaliyyət göstərəcəyini qeyd etdi.

Deputatlığa namizəd Tahir Rzayev hər iki kənddə çıxış edərək, seçicilərə və Yeni Azərbaycan Partiyasının rəhbərliyinə göstərilən etimada görə minnətdarlığını bildirdi. T.Rzayev seçki platforması ilə seçiciləri tanış edərək, ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər barədə məlumat verdi, xarici qüvvələrin ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq cəhdlərini açıqlayaraq, Prezident ətrafında sıx birləşərək, daha böyük uğurlara imza atmağa səsləyib.

Görüşdə iştirak edən Salmanbəyli kənd sakini Hacı Əhməd Məmmədov, kənd ağsaqqalı Süleyman Qasımov, Şahin Bayramov, Eldar Musayev, Hüsü Məmmədov, Etibar Mirzəliyev çıxış edərək, YAP-ın namizədi Tahir Rzayevə səs verəcəklərini, əvvəlki seçkilərdə vəd etdiyi suvarma suyu üçün boru kəmərinin çəkilməsində etdiyi köməyə görə minnətdarlıq edərək, hazırda kənddə yeni məktəbin tikilməsinə və rayon mərkəzilə kəndi birləşdirən yolun asfaltlaşmasına kömək etməyi xahiş ediblər.

Avşar kəndində seçicilər adından çıxış edən Yasin Cəfərov, Oruc Məmmədov, Tofiq İbrahimov Tahir Rzayevin onların etimadını doğrultduğu üçün yenidən ona səs verəcəklərini bildirmiş, kəndin yolunun asfaltlaşmasına və Qarabağ kanalının üstündən 20-30 il əvvəl salınmış körpünün yararsız vəziyyətdə olduğunu bildirərək, yeni körpü salınması barədə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmağı xahiş ediblər.

T.Rzayev seçicilərinə minnətdarlığını bildirərək, seçicilərinə minnətdarlığını bildirərək, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını vəd edib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər