YAP-ın 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Tahir Süleyman oğlu Süleymanovun Şabran rayonunun Çölquşçu, Zeyvə və Qorğan kəndlərində seçicilərilə görüşü keçirilib
1 noyabr 2015-ci il parlament seçkiləri ilə əlaqədar Şabran rayonunda Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Tahir Süleyman oğlu Süleymanovun Şabran rayonunun Çölquşçu, Zeyvə və Qorğan kəndinin seçicilərilə görüş keçirib. Yüzlərlə seçicinin iştirak etdiyi görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov YAP-ın namizədi Tahir Süleymanovun həyat və fəaliyyəti ilə bağlı seçicilərə məlumat verdi. M.Balabəyov noyabrın 1-də səsvermə günü seçiciləri düzgün seçim etməyə səslədi: "İnanıram ki, bu gün Azərbaycanımızın uğurlu gələcəyini düşünən hər bir seçici Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməklə, düzgün seçim etmiş olacaq. Çünki bu seçim uğurlu, xeyirli və faydalı bir seçimdir".
M.Balabəyov keçirilən görüşlərdə YAP namizədlərinin seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılandığını vurğulayaraq bildirdi ki, namizədlər bu görüşlərdə öz seçki platformalarını yerli ictimaiyyətin diqqətinə çatdırır, millət vəkili seçiləcəkləri təqdirdə, görəcəkləri işlər, deputatlığa namizəd kimi fəaliyyət proqramları barədə ətraflı məlumat verirlər. Təbliğat-təşviqat kampaniyası çərçivəsində ardıcıl görüşlərə başlayan YAP namizədləri seçicilərlə fəal ünsiyyət qurur, onları maraqlandıran məsələləri dolğun, ətraflı şəkildə cavablandırırlar. Bu, çox böyük əhəmiyyət daşıyır".
Sonda M.Balabəyov seçiciləri daha fəal olmağa, seçki günü YAP-ın irəli sürdüyü namizədə səs verməyə çağırdı.
Sonra YAP-ın 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Tahir Süleyman oğlu Süleymanov seçiciləri qarşısında geniş çıxış etdi. Deputatlığa namizəd YAP-ın siyasi nüfuzundan, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasından, sosial rifah siyasətinin uğurlarından ətraflı danışdı. Tahir Süleymanov YAP-ın bu seçkilərə hansı iqtisadi-siyasi platforma ilə getdiyindən ətraflı danışaraq, bildirdi ki, "Yeni Azərbaycan Partiyası vəd vermir, YAP real iş görür. Bunu bizim partiyanın 23 illik tarixi təcrübəsi sübut edir".
Tahir Süleymanov onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası qarşıdakı növbəti parlament seçkilərinə "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" devizi ilə gedir: "Çünki Azərbaycanın yeni hədəfləri - bütün sahələr üzrə yüksəlişi bu gün göz qabağındadır. Məhz YAP-ın Seçki Proqramında da bu, öz əksini tapıb".
YAP-ın namizədi Tahir Süleymanov platforması barədə məlumat verərək, kənd sakinlərini ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirdi.
Görüşdə iştirak edən seçicilərdən Adıgözəl Əliyev, Camaləddin Yusifov və başqaları çıxış edərək, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu gün xeyli güclənərək, ətrafında 680 mindən çox üzvü birləşdirdiyini söylədilər. Çıxış edənlər bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə partiyamız inkişafının yeni mərhələsinə qədəm qoyub və inkişaf prosesində partiyamızın fəalları da yaxından iştirak edir. Çünki YAP xalqın partiyasıdır. Ona görə də, rayonumuzun seçiciləri seçki günü elliklə seçkilərdə iştirak edəcək və partiyamızın irəli sürdüyü namizədi dəstəkləyəcəklər.
Daha sonra seçicilər onları maraqlandıran məsələlərlə bağlı deputatlığa namizəd Tahir Süleyman oğlu Süleymanova müraciətlər edib, mövcud problemlər barədə məlumat verməklə yanaşı, təkliflər də irəli sürdülər. Kənddə yaşayan imkansız ailələrə maddi yardım edilməsini və qəbul ali məktəblərə olan tələbələrə təhsil haqqının ödənilməsində yardımın olunmasını xahiş etdilər. Elə yerindəcə Tahir Süleymanov əhaliyə maddi yardım edilməklə yanaşı, elektrik və qaz sayğacının qoyulmasında bir çox ailələrə kömək olundu. Gələn tədris ilində deputatlığa namizəd qəbul olunmuş ödənişli əsaslarla təhsil alacaq tələbələrin ödnişini edəcəyinə də söz verdi.
RƏFİQƏ HÜSEYNOVA