PDF Oxu

Siyasət

  • 17

Qələbə Yeni Azərbaycan Partiyasınındır

Qələbə Yeni Azərbaycan Partiyasınındır

Xaçmaz sakinləri YAP-ın namizədlərinə səs verəcək

55 saylı Xaçmaz kənd Seçki Dairəsində namizədliyi YAP tərəfindən irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovun rayonun Qalağan kənd seçicilərilə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev YAP-ın deputatlığa namizədi Eldəniz Adil oğlu Səlimovun həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Xaçmazda Yeni Azərbaycan Partiyasının namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla həyata keçirilir: "Burada YAP namizədləri seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanırlar. Bu, xalqın, yerli sakinlərin Yeni Azərbaycan Partiyasına böyük rəğbətinin göstəricisidir. Əminik ki, partiyamız ardıcıl uğurlarını davam etdirərək, 1 noyabr seçkilərində inamlı qələbə qazanacaq".

YAP-ın deputatlığa namizədi Eldəniz Adil oğlu Səlimov görüşdə öz seçki platformasında göstərilən hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib: "Seçicilərin belə fəallığı və diqqəti məni çox sevindirir. İnanıram ki, onlar ən layiqli namizədi seçəcəklər. Milli Məclis üzvlüyünə namizəd kimi, mənə etimad göstərilərsə, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Çalışacağam ki, parlamentdə xaçmazlıları layiqincə təmsil edim".

Görüşdə kənd sakinləri Arif Manafov, Sahibə Müslümova, Arzuman Balabəyov, Həcər Məhərrəmova və başqaları çıxış edərək Xaçmaz kənd Seçki Dairəsində məhz Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.

R.HÜSEYNOVA

Digər xəbərlər