"Opinionway" araşdırma şirkəti: əhalinin 78,8 faizi Prezident İlham Əliyevin fəaliyyətini təqdir edir
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyətilə bağlı keçirilən növbəti beynəlxalq sorğunun nəticələri də yüksək rəqəmlərlə müşahidə olunur. Belə ki, bu günlərdə Fransanın "Opinionway" Yenilikçi araşdırma şirkəti 2015-ci il parlament ёseçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğu 1200 nəfər ölkənin yetkinlik yaşına çatmış qeydiyyatlı əhalisi arasında aparılıb.
Sorğuda iştirak edən respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığım qeyd edib. Səhv istiqamətdə deyənlərin sayı 22,9%, 19,1 % isə suala cavab vermək istəməyiblər.
"Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?" sualına respondentlərin 54,1%-i "Yaxşılaşır", 28,2%-i "Dəyişmir", 9,3%-i "Pisləşir" cavabım veriblər. Respondentlərin 8,4%-i suala cavab verməyə çətinlik çəkiblər.
"Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən Siz nə qədər razısınız?" sualına respondentlərin cavabları belə olub: 1. Milli təhlükəsizliyin təmin olunması - 71,4% "Çox razıyam", 10,8% - "Razı deyiləm", 17,8% - "Bilmirəm".
Cinayətkarlıqla mübarizə - 68,4% - "Çox razıyam", 16,9% - "Razı deyiləm", 14,7% "Bilmirəm".
İnsan haqlarının vəziyyəti - 69,8% - "Çox razıyam", 12,5% - "Razı deyiləm", 17,7% "Bilmirəm".
2. Təhsilin səviyyəsi - 48,8% - "Çox razıyam", 41,3% - "Razı deyiləm", 9,9% - "Bilmirəm".
3.Korrupsiya ilə mübarizə - 71,2% "Çox razıyam", 18,1% - "Razı deyiləm", 10,7% - "Bilmirəm".
4.İş əldə etmək imkanları - 51,8% "Çox razıyam", 11,8% - "Razı deyiləm", 18,2% - "Bilmirəm".
"Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız?" sualına respondentlərin 50,8%-i "Çox razıyam", 21,9 %-i - "qismən razıyam", 14,7 %-i - "razı deyiləm", 12,6 %-i isə "bilmirəm" cavablarını veriblər.
"Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir" sualını cavablandıran respondentlərin 78,8 %-i "Çox qane edir", 11,8 %-i - "Qismən qane edir", 5 %-i - "Qismən qane etmir", 2,9 %-i - "qətiyyən qane etmir" cavablarmı qeyd edib. 1,5 % respondent "bilmirəm" cavabı verib.
"1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası Sizin üçün nə dərəcədə maraqlıdır" sualına respondentlərin cavabları belə olub:
Çox maraqlıdır - 41,2 %, qismən maraqlıdır - 35,3 %, demək olar ki, maraqsızdır - 9,6 %, heç maraqlı deyil - 11,5 %, bilmirəm - 2,4 %.
Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəklərini, 12 %-i - ola bilsin ki, iştirak edəcəklər, 7,7 %-i ola bilsin ki iştirak etməyəcəklər, 9 %-i isə qətiyyən iştirak etməyəcəklərini bildiriblər, 8,3 % isə bu barədə hələ qərar vermədiklərini bildiriblər.
"Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir" sualına 39,6 % -Tam qane edir, 33,8 % - qismən qane edir, 10,8 % - qismən qane etmir, 9,8 %-i - qətiyyən qane etmir, 6 %-i isə "bilmirəm" cavablarını veriblər.
"Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fıkrindəsiniz" sualına respondentlər aşağıdakı cavabları veriblər: iqtidar və ya iqtidaryönlümü partiyanın namizədini - 71,7 %.
Respondentlərin 71 %-i "Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini istərdi, 22,3 %-i - başqa bir deputatın seçilməsini istərdi, 6,7 % respondent isə suala cavab verməyə çətinlik çəkib.
"Sizin əsas məlumat mənbəyiniz hansılardı?" sualına respondentlər aşağıdakı cavabları veriblər: iqtidaryönlü qəzetlər -31,1 % , müxalifətyönlü qəzetlər - 11 %, müstəqil qəzetlər - 28,4%, Azərbaycan Televiziyası (AzTV) - 41,0% İctimai kanal - 38,3%, özəl televiziya kanalları - 67,9%, dövlət radio dalğaları - 17,4%, özəl radiolar - 9,5%, internet - 35,8%, müxtəlif insanlar - 24,4%.
Ardıcıl və düşünülmüş siyasi kurs
Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl onu vurğulayaq ki, Azərbaycanda dünyanın nüfuzlu sorğu mərkəzləri tədqiqat aparıblar. Təkcə onu qeyd edək ki, "Avropa Qonşuluğu Barometri"nə siyasətçilərin və ekspertlərin böyük etibarı vardır.
Deməli, söhbət ölkədə 2003-2013-cü illərdə sistemli, ardıcıl və düşünülmüş surətdə həyata keçirilən siyasi kursun verdiyi bəhrələrdən gedir. Prezident İlham Əliyevin daimi liderliyinin arxasında duran əsas faktor bundan ibarətdir. Bəzi dairələrin hansısa süni dəstəklərdən, yardımlardan, himayələrdən və s. danışmaları qərəzdən başqa bir şey deyildir. Heç kəs unutmamalıdır ki, reallıqda siyasətçinin sözünə yox, həyata keçirdiyi işlərə qiymət verilir. Prezident İlham Əliyev də məhz 12 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübut etmişdir. Onun regional və dünya miqyasında peşəkar, praqmatik və mahir siyasətçi olduğu haqqında nüfuzlu dövlət adamları dəfələrlə fikir söyləmişlər. Cənab İlham Əliyev hələ xarici şirkətlərlə neft müqavilələrinin bağlanması zamanı aparılan danışıqlarda nümayiş etdirdiyi yüksək siyasətçi, diplomat və strateq keyfiyyətlərilə dünyanın diqqətini cəlb etmişdi.
Azərbaycan Prezidentinin 2012-ci il iyun ayının 5-də Bakıda keçirilən "Xəzər Neft, Qaz, Neftayırma, Neft Kimyası" adlı Beynəlxalq Sərgi və konfransın açılışında bəyan etdiyi bir fikir, onun dövlət başçısı kimi fəaliyyətinin mahiyyətini lakonik ifadə edir. Həmin tədbirdə Prezident İlham Əliyev vurğulamışdı: "Azərbaycan tam müstəqil siyasət yeridir. Bunun əsasında iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi durur". Əslində, bu cümlələrdə ölkənin daxili və xarici siyasətinin strateji məqamları yığcam şəkildə ifadə edilmişdir.
Regionun ən güclü LİDERİ
Dünyanın digər beynəlxalq mərkəzləri və sorğu agentliklərinin də apardığı tədqiqatları, onların Azərbaycanla bağlı gəldikləri qənaətlər bir daha göstərir ki, regionun ən güclü LİDERİ Cənab İlham Əliyevdir. Azərbaycan Prezidenti Cənubi Qafqazda ardıcıl siyasət həyata keçirən və bu zaman regionun maraqlarını praqmatik şəkildə nəzərə almağı bacaran yeganə dövlət başçısıdır. Buna görədir ki, xarici analitik və ekspertlər təhlükəsizlik sisteminin yaradılmasında həmişə Azərbaycanın fəaliyyətini xüsusi vurğulayırlar.
Dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətdə iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi ideyası bütövlükdə müstəqil siyasətin təməlində durur. Konkret desək, müstəqil siyasət kursunun real əsasları vardır. Burada iqtisadiyyat sahəsində müstəqil siyasət yeritməklə daxildə hakimiyyətlə vətəndaşların birliyi məsələsi mühüm yer tutur. Bu da özlüyündə çoxlu sayda vəzifələri - sabit cəmiyyət modelini, vətəndaş həmrəyliyini, hakimiyyətin şəffaflığını və demokratik idarəetmənin bərqərar olmasını ön plana çıxarmaq deməkdir. Prezident İlham Əliyev bütün bu məqamları dövlətin suverenliyini təmin etməyə imkan verən səviyyədə vəhdət halında reallaşdırmağa qadir, nəzəri və praktiki qüdrəti olan yeganə siyasətçidir.
Bu kimi proqramların reallaşdırılması balanslaşdırılmış xarici siyasət kursu olmadan mümkün deyildi. Əsaslarını Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu xətti Cənab İlham Əliyev incəliklərinə qədər uğurla davam etdirmişdir. Xarici siyasətin prioritetləri tamamilə nəzərə alınmış və meydana çıxan geosiyasi yeniliklər diqqətə alınaraq təkmilləşdirilmişdir. Bunun sayəsində Azərbaycan keçən müddətdə dövlət və milli maraqlarını təmin edə bilmişdir. Diplomatik sahədə əldə edilən uğurları işğalçı dövləti küncə sıxışdırmağa imkan yaratmışdır. İndi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilmişdir.
Siyasi politoloqlar 2003-2015-ci illəri, obrazlı olaraq, xarici siyasətin "hücum dövrü" adlandırırlar. Çünki həmin müddətdə bütün istiqamətlərdə diplomatik fəallıq xeyli artmış, Ermənistanın mövqeyi zəiflədilmişdir. Azərbaycan siyasi-diplomatik müstəvidə haqlı olduğunu sübuta yetirmişdir. Beynəlxalq təşkilatlarda bunu təsdiq edən çoxlu sayda sənədlər qəbul edilmişdir. Məhz aktiv siyasi-diplomatik fəaliyyət nəticəsində Azərbaycan BMT TŞ-nin üzvü seçilmişdir. Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı kimi Təhlükəsizlik Şurasının iclasına sədrlik etmişdir. Bundan əlavə, Bakıda siyasətə, mədəniyyətlər və dinlərarası münasibətlərə aid bir neçə nüfuzlu beynəlxalq tədbir keçirilmişdir. Beləliklə, keçirilən bütün sorğular bir daha onu təsdiqləyir ki, İLHAM ƏLİYEV FAKTORU GÜCLÜ LİDER, GÜDRƏTLİ DÖVLƏT AMİLİNİN BARİZ GÖSTƏRİCİSİDİR.
Beləliklə, yuxarıda misal göstərdiyimiz sorğuların nəticələri arxasında məhz bu istiqamətdə aparılan və böyük zəhmət tələb edən işlər durur!
R.KAMALQIZI