PDF Oxu

Siyasət

  • 25

Qusarda YAP-ın namizədi Azər Badamovun Mucuq, Həzrə və Ləcət kənd seçiciləri ilə görüşü keçirilib

Qusarda YAP-ın namizədi Azər Badamovun Mucuq, Həzrə və Ləcət kənd seçiciləri ilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədi Badamov Azər Camal oğlunun 1 noyabr tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı aparılan təbliğat-təşviqat kampaniyası seçici fəallığı ilə davam edir. Seçicilərlə növbəti görüş Qusar rayonun Mucuq, Həzrə və Ləcət kəndlərində keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyi vurğulayıb və seçiciləri parlament seçkilərində fəal olmağa, seçimlərində reallığa söykənməyə səsləyib. O, seçiciləri partiyanın layiqli namizədinə - Azər Badamova səs verməyə çağıraraq onun çox işgüzar, təşəbbüskar, eləcə də, hər cəhətdən deputatlığa layiq olan ziyalı olduğunu diqqətə çatdırıb. Onun həqiqətən də, seçilməyə və Azərbaycanı təmsil etməyə layiq ziyalı olduğunu bildirən natiq dairənin bütün seçicilərini Milli Məclisə namizədliyi irəli sürülmüş Azər Badamova səs verməyə və hər kəsi bayram əhvali-ruhiyəsi ilə məntəqələrə gəlib demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq düzgün seçim etməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisə namizəd Azər Badamov Azərbaycanda məqsədyönlü şəkildə aparılan iqtisadi, siyasi və sosial islahatlardan danışaraq, ölkənin hərtərəfli inkişafına geniş imkanlar yaradıldığını diqqətə çatdırıb: "Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Onun gərgin əməyi sayəsində Azərbaycanın imza atdığı nailiyyətlər, həyata keçirilən uğurlu siyasət, irimiqyaslı layihələr, abadlıq-quruculuq işləri reallıqlardır".

Deputatlığa namizəd özünün seçki platforması haqqında məlumat verərək 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərinə tövsiyyə edib. Ölkədəki inkişafın davamı üçün görüş iştirakçılarını Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər Ə.Nəcəfov, H.Aslanov, T.Səfərov və başqaları günü-gündən dəyişən Azərbaycanın işıqlı sabahı naminə birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildiriblər.

Daha sonra seçiciləri maraqlandıran suallar cavablandırılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər