Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının 91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hüseynov Vüsal Afqan oğlunun rayonun mərkəzində yerləşən Ucar bələdiyyəsinin binasında, eləcə də Qazi Qumlaq və Məlikballı kəndlərində seçicilərilə görüşləri keçirilib. Tədbirləri giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Şəhla Abdullayeva Vüsal Hüseynovun həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumatlar verərək seçicilər qarşısında çıxış edib. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının hər bir namizədi qələbəyə layiqdirlər.
Sonra YAP-ın namizədi Vüsal Hüseynov seçicilərə hazırladığı seçki platforması haqqında geniş məlumat verib. Namizəd bildirib ki, YAP-ın əsas amalı dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və xalqın rifah halının daha da yaxşılaşdırılması, o cümlədən ona verilən etimadı doğrultmaqdan ibarətdir.Vüsal Hüseynov seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Çıxış edən seçicilər də noyabrın 1-də baş tutacaq parlament seçkilərində iştirak edəcək hər bir ölkə vətəndaşını hakim partiyanın namizədlərinə dəstək verməyə çağırıblar.
Rövşən RƏSULOV