19 oktyabr 2015-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının yeni inzibati binasında Yeni Azərbaycan Partiyası tərəfindən 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsirov Elman Xudam oğlu rayonun gəncləri ilə görüş keçirib.
Görüşü YAP Göyçay rayon təşkilatının sədri, deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Sahib Şükürov açaraq Elman Nəsirovun həyat və fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına təfsilatlı məlumat verib.
Görüşdə çıxış edən Elman Nəsirov ilk öncə YAP-ın ona göstərdiyi yüksək etimada görə partiya rəhbərliyinə təşəkkürlərini bildirib və bu etimadı doğğruldacağına söz verib. O, tədbir iştirakçılarına ölkədəki sabit ictimai-siyasi vəziyyətdən, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursdan və bu mütərəqqi kursun Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş söhbət açıb. Elman Nəsirov, eyni zamanda seçki platformasından və qarşıda dayanan planlarından bəhs edib. O, seçiciləri seçki günü fəal olmağa dəvət edərək, YAP-ın namizədlərinə dəstək verməyə çağırıb.
Seçicilər də, öz növbələrində Elman Nəsirovun namizədliyinə dəstək verəcəklərini qeyd ediblər.
Görüşdən sonra Elman Nəsirov seçiciləri maraqlandıran sualları cavablandırıb, irəli sürülən fikir və ideyaları dinləyib.
RÖVŞƏN