PDF Oxu

Siyasət

  • 21

Politoloq: “Ermənistanın konstruktiv mövqe tutması imkansız görünür” AÇIQLAMA

Politoloq: “Ermənistanın konstruktiv mövqe tutması imkansız görünür” AÇIQLAMA

"Bu gün Ermənistanda elə bir mühit formalaşıb ki, o mühitdən demokratik düşüncəli insan çıxacağına inanmıram". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, hər bir erməni vətəndaşı hələ uşaqlıqdan "Böyük Ermənistan" xülyası ilə zəhərləndirilir, onlarda azərbaycanlılara, türklərə qarşı nifrət hissi yaradılır: "Beləliklə onlarda psixoloji barışmazlıq fikri, təfəkkürü formalaşdırılır. Bu mənada orada hər hansı bir şəxsin prezident olması ilə Azərbaycana münasibətin dəyişməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutması imkansız görünür. Bu yalnız bir şərtlə mümkündür ki, regionda qüvvələr balansı dəyişsin və Ermənistan dövləti Azərbaycanla meydanda təkbətək qaldığını hiss etsin".H.Babaoğlu əlavə edib ki, Azərbaycana gücünü və qüdrətini dərk edən erməni faşist siyasətçiləri, hərbi xunta nümayəndələri yalnız bu halda öz fikirlərini dəyişə bilərlər: "Bu, könüllü konstruktivlik deyil, məcburi konstruktivlik ola bilər. Yalnız bu halda onlar müharibəsiz Azərbaycanın işğal etdiyi torpaqlarından getməyə razı ola bilərlər".

sia.az

Digər xəbərlər