"İsveçrədə seçkilər yolu ilə hakimiyyətə millətçilərin gəlməsi heç bir ciddi problemlərə yol açmayacaq". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, bu kimi hallar ilk dəfə deyil: "Avropa İttifaqına daxil olan 28 dövlətin yarısından çoxunda hakimiyyət təmsilçiləri demək olar ki, millətçilərdir. İsveç misalında isə əsasən miqrant qəbulunun əleyhinə olduqlarına görə belə bir hal alındı. Bu gün Avropa Parlamentində təmsil olunan müxtəlif dövlətlərin nümayəndələri demokratiyadan çox öz dövlətlərinin mənafeyini düşünürlər. Məhz buna görə də onların bir sıra verdiyi bəyanatlarda millətçi notlar daha da üstünlük təşkil edir".Qeyd edək ki, miqrant axınına qarşı sərt mövqe tutan İsveçrə Xalq Partiyası oktyabrın 18-də keçirilən parlament seçkilərində qələbə qazanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, millətçi partiya 200 yerlik Milli Şurada 65 kürsüyə sahib olub. İkinci yerdə olan Sosial-Demokrat Partiyası isə əvvəlki 46 mandat əvəzinə, bu dəfə 43 mandatla kifayətlənib. Liberal-Demokrat Partiyası əlavə 3 mandat qazanaraq 33 deputat yeri əldə edib. Kiçik partiyalarla birlikdə Milli Şurada 101 deputat kürsüsü əldə edən partiya bununla belə hökumət qura bilməyəcək.İsveçrə Xalq Partiyası sədr Roqer Keppelin rəhbərliyi altında seçkilərə miqrant əleyhinə layihələrlə qatılıb.
sia.az