"Avropada miqrant axınının qarşısının alınması üçün hökumətlərin ordunu da bu prosesə cəlb etməsi əslində Avropanın öz dəyərlərini danması deməkdir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Avropa sadəcə dəyər yaratmayıb: "Avropa ümumbəşəri dəyərlər - demokratiya, insan hüquqları adı ilə sadəcə olaraq başqa dövlətlərə qarşı cəza aləti yaradıb. Özləri birbaşa insan hüquqlarının, demokratiyanın ağır nəticəsi ilə üzləşən kimi birdə görürsən ki, geri çəkilirlər. Əksinə bundan sonra demokratiyanı, insan hüquqlarını tapdamağa başladılar. Yəni qaçqınlara qarşı bu gün Avropa dövlətlərinin münasibəti həm onların sərbəst yerdəyişmə azadlığının pozulması, dini tolerantlığın pozulması deməkdir, həm də hər bir vətəndaşın ayrı-ayrılıqda hüququnun pozulması anlamındadır".M.Əhmədoğlu əlavə edib ki, indiki miqrant axınını Avropanın özü yaradıb: "Nə qədər ki, Avropa özü demokratiya, insan hüquqlarına alver, təzyiq predmeti kimi yanaşıb, hesab edirəm ki, bu cür problemlərin kökü kəsilməyəcək. Avropanın özünün ortaya qoyduğu dəyərlərə səmimi olsa, düşünürəm ki, bir müddətdən sonra belə probemlərin kökü kəsiləcək".
sia.az