PDF Oxu

Siyasət

  • 16

“Dini radikalizmlə mübarizədə dini icmaların rolu”

“Dini radikalizmlə mübarizədə dini icmaların rolu”

Bu gün Bakıda "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda seminar-müşavirə keçirilib. SiA-nın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov, komitənin şöbə müdirləri və dinşünaslar iştirak ediblər.Seminar-müşavirə Azətrbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusuyla bağlı fikirlərini səsləndirərək qeyd edib ki, bu gün dünyada baş verən olaylarda, münaqişlərdə öldürən də, öldürülən də müsəlmanlardır: "Bu baxımdan da mütəmadi olaraq belə mövzularla cəmiyyəti maarifləndirməli, radikalizmlə mübarizəyə səsləməliyik. Burada dini icmaların üzərinə daha çox məsuliyyət düşür. Belə ki, onlar radikalizmlə mübarizədə fəal olmalı, kəndlərdə, qəsəbələrdə, məscidlərdə sözügedən məsələni diqqətdə saxlamalıdırlar. Biz vaxtında dini radikalizmə meyl edənlərin qarşısını almalıyıq. Radikalizm yolunu tutanlar nə qədər ki, gec deyil o yoldan qayıtmalıdırlar. Əks halda onlarla bağlı qanunla ciddi tədbir görüləcək. Bəzən bizə valideyinlər müraciət edir ki, övladları radikal cərəyanlara qoşulub, terrora meyl göstərir. Düşünürəm ki, biz bunun qarşısını almağa var gücümüzlə çalışmalıyıq. Hazırda ölkəmizdə hüquq-mühafizə orqanları bu yöndə işini görür və "qırmızı xətt"i keçənləri nəzarətə götürür".S. Heydərov onu da vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmlə mübarizədə silsilə tədbirlər həyata keçirilir, Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq edilir.Daha sonra DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov "Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları", DQİDK-nin Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov "Dini radikalizmlə mübarizə yolları" mövzusunda məruzələrlə çıxış ediblər.

sia.az

Digər xəbərlər