PDF Oxu

Siyasət

  • 24

Nəriman Əliyev Masallı ictimaiyyətinin alternativsiz seçimidir

Nəriman Əliyev Masallı ictimaiyyətinin alternativsiz seçimidir

Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiya tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyevin rayonun Banbaşı kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev son on bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirdi. Bu uğurun, inkişafın demək olar ki, bütün sferalarda hiss olunduğunu qeyd edən natiq bu keçən zaman ərzində ölkənin böyük layihələrə imza atdığını və bu uğurlarda YAP iqtidarının, ölkə Prezidenti Cənab İlham Əliyevin böyük əməyi və əzmkarlığı var: "İnanıram ki, əldə olunan bu uğurları göz önündə tutan Azərbaycan xalqı yenə də öz doğru seçimini edərək YAP-ın namizədlərini dəstəkləyəcək".

Daha sonra çıxış edən prezident təqaüdçüsü, YAP Masallı rayon təşkilatı Seçki Qərargahının üzvü Şirvan Əbilov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün böyük uğurla davam etdirildiyini vurğuladı. Məhz bu uğurlu idarəetmə və siyasətin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında yer alaraq regionun lider dövlətinə çevrilib. Ş.Əbilov Banbaşı kəndinin seçicilərinə müraciət edərək, bu uğurların davamlı və uzunmüddətli olması üçün hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Banbaşı kənd sakinləri Ələşrəf Zeynalov, Əli Əhmədov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən Milli Məclisə namizədi Nəriman Əliyevin layiqli namizəd olduğunu qeyd edərək seçkidə yekdilliklə ona səs verəcəklərini söylədilər.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Nəriman Əlibala oğlu Əliyev bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl strategiya nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Bu inkişaf özünü ölkəmizin hər bir regionunda açıq şəkildə göstərir. Daha sonra seçicilərin etimadını qazanıb millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında da məlumat verən Nəriman Əliyev deyib: "Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işi ilə məşğul olmaqdır. Amma insanların dəstəyi ilə parlamentə seçilən şəxs də həmin insanların problemləri ilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən də sizi əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Hamınızı 1 noyabr 2015-ci ildə keçiriləcək seçkidə YAP-ın namizədinə səs verməyə çağırıram".

Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər