PDF Oxu

Siyasət

  • 29

Ağalar Vəliyevin seçiciləri ilə görüşü qələbəliklə müşahidə olunur

Ağalar Vəliyevin seçiciləri ilə görüşü qələbəliklə müşahidə olunur

YAP Goranboy rayon təşkilatı 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasını uğurla davam etdirir

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüşü uğurla davam edir. Növbəti görüş Todan kəndində baş tutub. Böyük qələbəlik və seçici coşqusu ilə müşahidə olunan görüşü YAP Goranboy rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Elçin İsmayılov açaraq qeyd etdi ki, rayonun seçiciləri hər zaman YAP-ın siyasətini dəstəkləyib: "Təbii ki, bu, eyni zamanda xalqımızın partiyamızın namizədlərinə olan etimad və inamından irəli gələn sevindirici, qürurverici bir haldır."

Elçin İsmayılov 1 noyabrda keçiriləcək parlament seçkilərində seçiciləri YAP-ın namizədini dəstəkləməyə və Ağalar Vəliyevə səs verməyə çağırıb. O, xatırladıb ki, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev də rayon ictimaiyyəti tərəfindən yaxşı tanınır: "Onun fəaliyyətinin müəyyən məqamları sırf Goranboy rayonunun inkişafına verilən töhfələrlə bağlıdır. Bizlər Ağalar müəllimin apardığı işlərin bariz şahidləriyik. Onu da bilirik ki, o, yenidən deputat seçilərsə, daha böyük işlərin, layihələrin həyata keçirilməsində əzmlə çalışacaq. Çünki o, həm də bir qurucu insandır. Təbii ki, bu, onun qəlbindən gələn arzudur, istəkdir ki, Goranboya öz töhfələrini versin, rayon sakinlərini narahat edən hər bir məsələyə diqqət yetirsin. Ona görə də ümidvaram ki, rayon ictimaiyyəti YAP-ın namizədi Ağalar Vəliyevə etimad göstərəcək".

Sonra Ağalar Vəliyevin vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov da seçicilərə namizəd haqqında geniş bilgi verdilər. Vəkillər qeyd ediblər ki, bu gün ona göstərilən dəstək əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, rayonun, kənd və qəsəbələrinin inkişafına verilən dəstək kimi qiymətləndirilə bilər. Bu baxımdan, goranboylular YAP-ın namizədinə səs verməklə inkişafa və tərəqqiyə, eləcə də yeni hədəflərə səs vermiş olacaqlar.

Görüşdə çıxış edən Todan kənd sakinləri Arif Allahyarov, İttifaq İsmayılov, Şirin İbrahimov və başqaları da seçimlərini YAP-ın namizədinin lehinə edəcəklərini -Ağalar Vəliyevə səs verəcəklərini qətiyyətlə vurğulamaqla yanaşı, digər seçiciləri də məhz bu uğurlu seçimin üzərində dayanmağa səsləyiblər.

Daha sonra söz 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevə verilib. Namizəd seçicilər qarşısında çıxış edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır: "Məhz Azərbaycan xalqının Ulu Öndəri, dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kurs bu gün Onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Cənabları tərəfindən mütərəqqi, müdrik siyasətlə reallaşdırılmaqdadır. Söz yox ki, bu siyasətin təməlində qələbə, əzm, qətiyyət və zəfər dayanır. Bu gün əldə edilən hər bir uğur həm də Yeni Azərbaycan Partiyasının uğurlarıdır. Bu uğurları xalqsız və dəstəksiz əldə etmək mümkün deyil. Demək, hər bir uğurda xalqımızn əsaslı imzası var. Azərbaycan vətəndaşlarının inam və etimadı əsasında bütün seçkilərdə tarixi qələbələr qazanan Yeni Azərbaycan Partiyası da bu inkişafda ön sırada dayanır".

Ağalar Vəliyev sonda YAP tərəfindən növbəti dəfə namizədliyinin irəli sürülməsinin böyük iftixar olduğunu bildirərək qeyd edib ki, əgər seçicilər ona etimad göstərsələr, bu güvəni və etimadı doğruldacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər