PDF Oxu

Siyasət

  • 24

Seçkilərlə bağlı bütün texniki-təşkilati işlər başa çatıb

Seçkilərlə bağlı bütün texniki-təşkilati işlər başa çatıb

Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan 1 noyabr - parlament seçkilərinə respublikamızın hər yerində olduğu kimi, Biləsuvarda da ciddi hazırlıq işləri görülür.66 saylı Biləsuvar seçki dairəsinə daxil olan 4 saylı məntəqə seçki komissiyasının sədri Əli Əliyev AZƏRTAC-a bildirib ki, seçkilərin demokratik və şəffaf keçməsi üçün məntəqədə hər cür şərait yaradılıb. Məntəqə təmir edilib, lazımi avadanlıqla təchiz olunub. Maarifləndirici plakatlar məntəqələrin girişində, nəzərəçarpan yerlərdə yerləşdirilib. Texniki-təşkilati tədbirlər artıq başa çatıb, səsvermə kabinələri hazır vəziyyətdədir. Məntəqədə veb-kamera da quraşdırılıb. Bu isə səsvermənin gedişini istənilən yerdən onlayn rejimdə izləməyə imkan verəcək. Namizədlərin təşviqat xarakterli materiallarının yerləşdirilməsi üçün məntəqədə lövhələr də quraşdırılıb. Seçkilərə hazırlıqla bağlı seçki komissiyasının üzvləri ilə lazımi iş aparılır, maarifləndirici seminarlar təşkil olunur.

AZƏRTAC

Digər xəbərlər