Millət vəkilləri IV çağırış Milli Məclisin fəaliyyətini uğurlu qiymətləndirdilər
Bildiyimiz kimi IV çağırış Milli Məcisin fəaliyyəti başa çatıb. Ötən beş illik dövr ərzində parlamentin iclasında bir sıra qanunlar qəbul olunub, növbəti uğurlu layihələr barədə qərarlar verilib. Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisin fəaliyyəti, eyni zamanda ölkəmizin daxili-xarici siyasətində də öz rolunu oynayıb. Parlamentlərarası dostluq qruplarının apardığı çoxşaxəli işlər, fikir mübadilələri də özünəməxsusluğu ilə seçilib. Habelə, Milli Məclisdə fəaliyyət göstərən komissiyalar da bir sıra qanun layihələrinin müzakirələrində mühüm rol oynayıblar. Bununla bağlı IV çağırış Milli Məcisin iclaslarında uğurlu fəaliyyətləri ilə seçilən millət vəkilləri də başa çatan ali qaununverici orqanın işini yüksək qiymətləndiriblər.
Malik Həsənov: "Hökumətin yürütdüyü uğurlu sosial-iqtisadi siyasət dövlət büdcəsində özünü bir daha göstərir"
IV çağırış Milli Məclisin işinə uğurlu yekunun vurulması, ilk növbədə onu göstərir ki, Azərbaycan öz inkişaf və tərəqqi yolunda inamla irəliləyir və heç bir xarici təsir ölkəmizin iqtisadi, siyasi və s. sahələrinə mənfi təsirini göstərə bilməz. Söz yox ki, burada əsas mahiyyət məhz Prezident İlham Əliyev Cənablalrının apardığı məqsədyönlü və uğurlu siyasi-strateji xətt üzərində qurulub ki, biz millət vəkilləri də bu faktordan yararlanaraq, fəaliyyət istiqamətimizi qurmuşuq. Bu gün dünya iqtisadiyyatının gərgin vəziyyətdə olduğu bir durumda Azərbaycan sosial-iqtisadi sahədə ciddi uğurlara imza atır. Məhz bu da Prezident İlham Əliyevin məntiqli, çevik siyasətinin nəticəsində reallaşır. Hökumətin yürütdüyü uğurlu sosial-iqtisadi siyasət dövlət büdcəsində özünü bir daha göstərir. Əlbəttə ki, xalqımız da bu siyasəti dəstəkləyir.
O cümlədən, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul edib. Həmçinin, millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artımın Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 % çərçivəsində artmasına səbəb olacaq. Məhz bu amillər də dövlətin və xalqın sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət göstərəcək faktor kimi dəyərləndiriləcək.
Lakin mən daha bir amilə də toxunmaq istərdim.
"Fəaliyyətimizdə yalnız dövlətimizin daha da güclənməsinə öz töhfəmizi verməliyik"
Bu gün Azərbaycanın sürətli inkişafı, dünyaya inteqrasiyası bəzi qüvvələri narahat edir və ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır. Xüsusilə bu parlament seçkiləri öncəsi dövrə təsadüf edir və burada özlərini müxalifət adlandıran bəzi xəyanətkar qüvvələr də rol almaqdadırlar. Təəssüf ki, çox zaman onların bu fəaliyyətləri Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur. Son zamanlar beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq qrant layihələri verən təşkilatların Azərbaycanda öz maraqlarının reallaşdırılmasının şahidi oluruq. Ona görə də qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığını aradan qaldırmaq və haqlı olaraq onların fəaliyyətinə müəyyən qanuni və digər məhdudiyyətlər işini daha da ciddiləşdirmək lazımdır. Beynəlxalq qeyri-hökumət təşkilatları, müəyyən beynəlxalq mərkəzlər və eləcə də aparıcı dövlətlər tərəfindən idarə olunan proseslər çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha açıq şəkildə büruzə verir və biz öz mövqeyimizin doğruluğunu sübut etmək üçün çox mücadilə aparmalı oluruq, bəzi hallarda da onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar. Ancaq dövətimizin və xalqımızın qətiyyəti belə qüvvələrin ayaq açaraq, maraqlarını təmin etməyə imkan verməyib, bundan sonra da verməyəcək.
Azərbaycan inkişaf edir, bundan sonra da inkişaf edəcək. İstər neft amili, istərsə də qeyri-neft amili sahələri ölkəmizin möhkəm dayaqlara söylənməsini təmin edib. Təbii ki, bizlər də sonrakı illərdəki fəaliyyətimizdə yalnız dövlətimizin daha da güclənməsinə öz töhfəmizi verməliyik. Çünki bu, hər birimizin bir vətəndaşlıq borcumuzdur.
Nəriman Əliyev: "Azərbaycan inkişaf yolunu tutub və bu reallıq inkaredilməzdir"
Bir çox həmkarlarım kimi, mən də Milli Məclisin IV çağırışının uğurla başa çatdığını demək istərdim. Belə ki, ölkəmizin inkişaf meyarında, bu meyarın qanunverciliklə tənzimlənməsində parlamentimizin rolu danılmazdır. Çünki qəbul edilən hər bir qanun, müzakirəyə çıxarılan hər bir layihə bir amala - dövlətimizin tərəqqisinə yönəlmiş növbəti uğur, növbəti qələbədir. Təbii ki, iclaslarımız bir sıra əhəmiyyətli qanunların qəbulu ilə yadda qaldı. İstər ölkəmizin iqtisadi potensialının artırılması, istərsə də əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması yönündə atılan addımlar bu konteksti əhatə edir. O cümlədən, parlamentin beynəlxalq əlqələri, Azərbaycanın haqq və ədalət səsinin dünyaya çatdırılması prinsipi də Milli Məclisin müvafiq komissiyaları tərəfindən uğurla icra edilmildir.
Dövlət büdcəsinin müzakirəsi və qəbulu barədə də fikir bildirmək istərdim. Ümumiyyətlə, nəninki indiki, eləcə də ötən dövrlərdə qəbul edilən dövlət büdcələri bilavasitə ölkəmizin təməlinin nə qədər möhkəm, monolit dayaqlara söykəndiyini isbat edir. İstər rəqəmlərlə, istərsə də əməli işlərlə bütün bunları ayrı-ayrılıqda vurğulamaq mümkündür.
Onu da qeyd edim ki, Vergi Məcəlləsinə dəyişiklərlə bağlı Milli Məclisin İqtisadi Siyasət Komitəsində baxılıb və plenar iclasda müzakirəsi tövsiyə olunub. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatdan az olanların gəlir vergisinin güzəştə gedilməsinə, qəbul edilən dəyişiklik problemin aradan qaldırılmasına, 500 mindən çox insanın aylıq gəlirlərinin 3-9 faiz artmasına kömək edəcək.
Daha bir əhəmiyyətli məqam isə Prezident İlham Əliyev Cənablarının sahibkarlığın inkişafı və bu sahənin daha rahat şəkildə fəaliyyət göstərməsi üçün atdığı mütərəqqi addımı ilə bağlıdır. Artıq bəllidir ki, sahibkarların yoxlanmasını 2 illiyə dayandırılır. Möhtərəm dövlət başçımız, həmçinin lisenziyaların sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların "ASAN xidmət" mərkəzlərində verilməsi haqda Fərman imzalayıb. Təbii ki, bu sənəd parlamentə daxil olub və Milli Məclisdə müzakirə olunduqdan sonra qəbul edilib. "Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında" adlı qanun layihəsi 4 maddədən ibarətdir. İnanıram ki, bu amil sözügedən spektordakı inkişafa öz töhfələrini vermiş olacaq.
"Biz bu uğurlara doğru birlikdə, vəhdət şəklində getmişik, bundan sonra da həmin yolumuzu davam etdirəcəyik"
Son olaraq isə onu bildirmək istərdim ki, bəli, Azərbaycan inkişaf yolunu tutub və bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün digər ölkələrə nümunə göstərilməsi, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs olunması uğurlarımızın təsdiqidir. Hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına əsas yaradır. Bir faktı qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahibdir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyündən bəhs ediriksə, bu, ölkəmizin artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Dövlətimizin başçısı İlham Əliyev də bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər. Biz bu uğurlara doğru birlikdə, vəhdət şəklində getmişik, bundan sonra da həmin yolumuzu davam etdirəcəyik.
RƏFİQƏ KAMALQIZI