YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən deputatlığa namizədi Mahir Tapdıq oğlu Abbaszadə Qaradağ və Sabunçu rayonu ərazisində yaşayan laçınlı seçiciləri ilə növbəti görüş keçirib. Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli namizədin geniş fəaliyyəti və tərcümeyi-halı barədə görüş iştirakçılarına məlumat verib. Təşkilatın sədri və Mahir Abbaszadənin vəkilləri öz çıxışlarında növbəti parlament seçkilərini böyük siyasi və əlamətdar hadisə kimi dəyərləndirərək Azərbaycanın bugünkü həyatında onun əhəmiyyətini xüsusi qeyd ediblər. Seçici İbrahim Məmmədov İbrahim Şükürov, Nizami Şahverdiyev, Rəşad Niftalıyev, Tahir Bayramov, Venera Mirzəyeva, Vaqif İsmayılov, Coşqun Nəcəfov, Tünzalə Abbasova, İsmayıl Ağayev, Ərşad Hüseynov, Əlövsət Məmmədov və başqaları qeyd ediblər ki, Laçın sakinləri Mahir Abbaszadəni dəstəkləyirlər. Çıxış edənlər vurğulayıblar ki, 1 noyabrda keçiriləcək parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülən Mahir Tapdıq oğlu Abbaszadəyə səs verəcəklər.
Görüşdə çıxış edən YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən deputatlığa namizədi Mahir Tapdıq oğlu Abbaszadə bütün seçicilərə təşəkkürünü bildirərək, onları layiqincə təmsil edəcəyini və seçiləcəyi təqdirdə istər parlamentdə, istərsə də dünyanın ən yüksək tribunalarında təmsil edəcəyini bildirib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonrakı inkişafından danışan Mahir Abbaszadə YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurundan bəhs edib. Bu gün Azərbaycanda vətəndaşların seçmək və seçilmək hüququnun təmin olunduğunu vurğulayan Mahir Abbaszadə seçicilərin yüksək seçki mədəniyyətindən və onların bütün seçkilərdə apardıqları fəallıqdan danışıb. YAP tərəfindən namizədliyini irəli sürməsinin onun üçün nə qədər şərəfli və məsuliyyətli olduğunu deyən Mahir Abbaszadə seçiciləri 1 noyabrda keçiriləcək parlament seçkilərində daha fəal olmağa, YAP-ın irəli sürdüyü namizədlərə səs verməyə çağırıb.
R.HÜSEYNOVA