PDF Oxu

Siyasət

  • 28

Səbail rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunub

Səbail rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayonunun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən hesabat yığıncağında ətraflı müzakirə olunmubdur.

Tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı E.Əzizov çıxış edərək rayonda həyata keçirilən sosial layihələr, əldə olunan uğurlarla yanaşı 20-ci yaşayış sahəsinin gələcək inkişaf planlarından, burada yaradılacaq yeni infrastruktur layihələrindən və bu istiqamətlə Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri barədə məlumat verib.

Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev 9 ayda rayonda görülən işlərdən danışaraq bildiribdir ki, hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 10 milyard 393,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilmişdir.

İclasda Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov və başqaları çıxış etmişlər.

Ü.ƏSGƏROV

Digər xəbərlər