PDF Oxu

Siyasət

  • 39

Ucarlılar YAP-ın namizədini dəstəkləyirlər

Ucarlılar YAP-ın namizədini dəstəkləyirlər

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının 91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hüseynov Vüsal Afqan oğlunun rayon mərkəzində, eləcə də Əlikənd və Şahlıq kəndlərinin seçiciləri ilə görüşləri keçirilib. Görüşlərdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Şəhla Abdullayeva Vüsal Hüseynovun həyat və fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandırıb. Qeyd olunub ki, YAP-ın namizədi hər bir partiyadaşı kimi qarşıya qoyulan hər bir məqsədi uğurla icra edir və bununla da etimadı doğruldur

Çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini bildirməklə yanaşı, hər kəsi Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar. Görüş maraqlı diskussiya çərçivəsində davam etdirilib.

Mübariz QULİYEV

Digər xəbərlər