YAP-ın 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd Tahir Süleyman olğlu Süleymanovun Siyəzən rayonu Böyük Həmyə və Balaca Həmyə kənd seçiciləri ilə görüşü keçirilib
YAP-ın 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd Tahir Süleyman olğlu Süleymanovun təşviqatı ilə bağlı Siyəzən rayonu Böyük Həmyə və Balaca Həmyə kənd seçiciləri ilə görüşü keçirilib. Bu görüşlərə, ümumilikdə, 300 nəfərə yaxın seçici qatılıb.
Keçirilən tədbirlərdə, çıxış edən Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov rayonda parlament seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışıb və bildirib ki, öz işini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurur. O, Milli Məclis üzvlüyünə YAP-ın irəli sürdüyü namizəd Tahir Süleyman oğlu Süleymanovun həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib və bu mühüm prosesdə seçiciləri fəal iştirak etməyə səsləyib: "1 noyabr parlament seçkilərində siyəzənlilərin, birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə dəstək olacağını əminliklə söyləmək olar. İnanıram ki, Siyəzən sakinləri "Yeni hədəflərlə doğru!" naminə seçkilərdə ən layiqli namizədlərə səs verəcəklər. Seçicilərin YAP namizədlərinin təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq".
Deputatlığa namizəd Tahir Süleyman oğlu Süleymanov çıxışında qeyd edib ki, seçicilərin yüksək dəstəyi sayəsində Siyəzən camaatını növbəti dəfə Milli Məclisdə təmsil edəcəyinə böyük inamı var: "Bu gün Azərbaycanda baş verən sürətli, davamlı sosial-iqtisadi inkişaf hər kəsi qurmağa, tikməyə və yaratmağa həvəsləndirir. Seçicilər bunu yaxşı bilir və yüksək qiymətləndirirlər. Son illər Siyəzən rayonu daha sürətlə inkişaf edir. Qısa müddət ərzində şəhərimiz və onun kəndləri öz simasını tanınmaz dərəcədə dəyişib, insanların yaşayışı bir qədər də yaxşılaşıb".
Deputatlığa namizəd Tahir Süleymanov vurğulayıb ki, bütün bunlar yerli sakinlərin xoşbəxt gələcəyə, yüksək rifaha inamı bir qədər də artıb: "Bu, ölkədə keçirilən parlament seçkilərinə marağı daha da artırır və seçicilərin fəallığının bir qədər də yüksəlməsinə səbəb olur". O bildirib ki, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğrultmaq üçün var qüvvəsi ilə səy göstərəcək.
Seçicilər namizədlə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Onlar deputat kimi, Tahir Süleyman oğlu Süleymanovun ötən beş illik fəaliyyətindən razı qaldıqlarını vurğulayıblar. Yerli sakinlər yenidən millət vəkili seçiləcəyi təqdirdə, ondan uğurlu fəaliyyət gözlədiklərini vurğulayıblar.
RƏFİQƏ HÜSEYNOVA