105 saylı Tovuz seçki dairəsinin Qovlar şəhərindəki S.Kazımov adına tam orta məktəbdə yerləşən 25 saylı məntəqəsində seçkilərə hazırlıq işləri yekunlaşıb.Məntəqə seçki komissiyasının sədri Ənvər Bayramov AZƏRTAC-a bildirib ki, məntəqə 1456 seçicini əhatə edir. Səsvermədə iştirak edəcək seçicilərin dəqiqləşdirilmiş siyahıları lövhələrdən asılıb, bildirişlər hazırlanıb və hazırda seçicilərə paylanır. Məntəqədə seçici kabinələri hazırlanıb, zəruri avadanlıqlarla təchiz olunub. Bundan əlavə, namizədlərin təbliğat materiallarının vurulması məqsədilə lövhələr quraşdırılıb, seçki ilə bağlı digər maarifləndirici təşviqat materialları üçün yer ayrılıb.Bir sözlə, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılıb.
AZƏRTAC