PDF Oxu

Siyasət

  • 26

Deputatlığa namizəd Rauf Əliyevin gənclərlə görüşü keçirilib

Deputatlığa namizəd Rauf Əliyevin gənclərlə görüşü keçirilib

13 saylı Xəzər-Pirallahı Seşki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Rauf Əliyev YAP Xəzər rayon təşkilatında ilk dəfə səs verən gənclərlə görüş keçirib. Görüşü Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov açaraq bildirib ki, növbəti görüşün əsas məqsədinin gəncləri dinləmək, onların fikir və təkliflərni müzakirə etmək və nəticələr çıxarmaqdır: "Bu gün Azərbaycan gəncliyi inkişaf və tərəqqi yolunu tutub. Burada Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev cənbalarının apardığı uğurlu gənclər siyasəti öz sözünü deyir. Gənclərlə bağlı qəbul edilən Dövlət Proqramları da belə deməyə əsas verir. Azərbaycan gəncliyi öz tükənməz potensialı və iradəsi ilə hər zaman ölkəmizin inkişafına, tərəqqisinə töhfələrini verir. Ölkəmizdə bütün sahələri əhatə edən inkişafda gənclərin danılmaz rolu vardır. Bu fakt hər birimizi qürurlandırır".

Təşkilat sədrinin sözlərin görə, hər zaman gənclərin yanında olan, gənclərlə geniş əməkdaşlıq əlaqələri quran depudatlığa namizəd Rauf Əliyev bundan sonrada öz mövqeyində qalacaq və müxtəlif sahələr üzrə irəli sürülən layihələrə dəstək verəcək. Bu baxımdan sizləri hər zaman sizlərin yanında olan olan Rauf Əliyevə səs verməyə dəvət edirəm.

Görüşdə çıxış edən və müxtəlif sahələrdə çalışan, təhsil alan gənclər ötən dövr ərzində Rauf Əliyevin qəsəbənin sosial problemlərinin həllindəki roluna,eləcədə dövlətimizin inkişafı üçün təkan ola biləcək hüquqi bazanın formalaşmasındakı fəaliyyətini yüksək qiymətləndiriblər. Gənclər seçimlərinin dəyişməz olduğunu və 1 noyabr parlament sekilərində Rauf Əliyevə səs verəcəklərini bildiriblər.

Deputatlığa namizəd Rauf Əliyev çıxış edərək gənclərin suallarını cavablandırıb və onların irəli sürüdüyü problemlərinin həllinə köməklik edəcəyinə söz verib. Eyni zamanda bildirilib ki, millət vəkili kimi onun əsas maraqlarından biri də məhz gənclərin inkişafında öz töhfələrini verməkdir.

Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasəti barədə geniş, əhatəli, faktlara əsaslan məlumatlarla çıxış edən depudatlığa namizəd Rauf Əliyev hər bir gənci Onun ətrafında sıx bilrəşməyə və qələbələrə doğru birgə addmlamağa səsləyib.

Görüş maraqlı diskusiya və səmimi müzakirələrlə başa çatdırılıb.

yap.org.az

Digər xəbərlər