PDF Oxu

Siyasət

  • 20

Oğuz seçicilərinin seçimi Aqiyə Naxçıvanlıdır!

Oğuz seçicilərinin seçimi Aqiyə Naxçıvanlıdır!

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Naxçıvanlı Aqiyə Həbib qızının 1 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclis seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Oğuz rayonunun Xalxal kəndində Xalxal, Ərmənət və Xalxalqışlaq kəndlərindən olan seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayonu üzrə səlahiyyətli nümayəndəsi Saleh Məhərrəmov açaraq, partiya tərəfindən namizədliyi irəli sürülmüş Naxçıvanlı Aqiyə Həbib qızının həyat və fəaliyyəti haqqında seçicilərə ətraflı məlumat verib. Vurğulanıb ki, Aqiyə Naxçıvanlı istər ictimai-siyasi, istərsə də elm, təhsil və maarifçilik sahələrində öndə gedən ziyalılarımızdan biridir. Bu baxımdan, partiya rəhbərliyi növbəti dəfə onun namizədliyini irəli sürərək, ölkəmizin inkişafında növbəti töhfələrini verəcəyinə inanıb və ona etimad göstərib. İnanırıq ki, sizlər-dəyərli seçicilərimiz də növbəti dəfə Aqiyə xanıma seçici dəstəyinizi göstərəcəksiniz.

Görüşdə YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlının vəkilləri Əzimli Emin və Seyidməmməd Quliyev çıxış ediblər. Onlar, öz növbələrində Aqiyə Naxçıvanlının Milli Məclisə IV çağırış deputatlıq fəaliyyəti barədə seçicilərə məlumat verdilər və 1 noyabrda bütün seçiciləri YAP namizədlərinə səs verməyə çağırdılar.

Sonra söz seçicilərə verilib. Seçicilər - Ərmənət kənd sakini Ramazanov Nəriman, Hüseynov Eyvaz və Xalxal kənd sakini Nəbiyev Mahir və digərləri çıxış edərək bildiriblər ki, onlar hər zaman Azərbaycanın müasir tarixinə qələbə və zəfərlər partiyası kimi yazılan Yeni Azəbaycan Partiyasını və bu təşkilatın namizədlərini dəstəkləyiblər. Belə ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin əsas məqsədi ölkənin inkişaf və tərəqqisini yüksəltmək, xalqın rifah halını daha da yaxşılaşdırmaqdır ki, bütün bunlarda YAP-ın da əvəzsiz rolu mövcuddur. Məhz partiyanın namizədi olaraq, Aqiyə Naxçıvanlı da bu əsas faktora söykənərək, fəaliyyətinin prinsipini inkişafa doğru yönəldib. Ötən deputatlıq fəaliyyəti də məhz belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır. Seçicilər birmənalı olaraq, Aqiyə Naxçıvanlının fəaliyyətindən razı qaldıqlarının və 1 noyabrda seçki məntəqələrinə gələrək, YAP namizədlərinə səs verəcəklərini inamla vurğulayıblar.

Rövşən RƏSULOV

Digər xəbərlər