Xaçmaz sakinləri YAP-ın namizədi İlham Əli Səftər oğlu Əliyevə səs verəcəklər
1 noyabr parlament seçkilərində 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əli Səftər oğlu Əliyevin Yeni kəndinin seçiciləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Milli Məclis üzvlüyünə namizəd İlham Əli Səftər oğlu Əliyev barədə seçicilərə ətraflı məlumat verib. N.Ağayev qeyd edib ki, Xaçmaz sakinləri Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevi çox yaxşı tanıyırlar və onun barəsində müsbət fikirdədirlər: "Milli Məclis üzvlüyünə namizəd İlham Əli Səftər oğlu Əliyevi seçicilərə geniş təqdim etməyə ehtiyac yoxdur. Siz onu yaxşı tanıyırsınız, bir ziyalı, Milli Məclis üzvlüyünə namizəd kimi, amalına, niyyətinə çox yaxşı bələdsiniz. Bu baxımdan, əminik ki, o, xaçmazlıları Milli Məclisdə ləyaqətlə təmsil edə biləcək".
Deputatlığa namizəd İlham Əli Səftər oğlu Əliyev bu görüşlərdə seçicilərin kütləvi iştirakından məmnun qaldığını bildirib. O, qeyd edib ki, bu seçkidə inamlı qələbə qazanacağına ümid edir: "İnanıram ki, xaçmazlılar bu seçkilərdə doğru seçim edəcək və ən layiqli namizədə səs verəcəklər. Deputatlığa namizəd kimi, hər bir seçicinin səsini qazanmaq, Xaçmaz sakinlərini Milli Məclisdə ləyaqətlə təmsil etmək istəyirəm. Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərdən biri kimi, üzərimə düşən məsuliyyəti çox yaxşı dərk edirəm. Millət vəkili seçiləcəyim təqdirdə, partiyanın seçki platformasında nəzərdə hədəflərə çatmaq lazımi səy göstərəcək, ləyaqətlə çalışacağam".
Görüşdə kənd sakinləri Məhəmməd Əhmədov, Sima Əliyeva, Nəriman Dəmiroğlu, Hətəm Kibarov, Telman Təravət çıxış edərək 1 noyabrda keçiriləcək seçkidə ən layiqli namizədə - YAP-ın namizədi İlham Əli Səftər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.
R.KAMALQIZI