Namiq Əhmədov: "Bütün seçkilərdə YAP Xəzər rayon təşkilatı xeyli fəallıq göstərib"
"Yeni Azərbaycan Partiyası (YAP) əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini cəmiyyətdə daha da artırıb. Bu gün partiyanın sıralarında 650 mindən çox üzvün birləşməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir". Bu sözləri SİA-ya YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov 1 noyabr parlament seçkilərinə hazırlıqla bağlı fikirlərini bildirərkən deyib. Onun fikrincə, xüsusi olaraq vurğulanmalıdır ki, yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. Belə ki, YAP-ın bütün seçkilərə qələbə əzmi ilə çıxması, xalqın bu təşkilata sonsuz dəstəyi də belə deməyə əsas verir ki, bütövlükdə, əldə edilən nailiyyətlər ictimai-siyasi proseslərə daha böyük əminliklə yanaşmağa əsas verir: "Ümumiyyətlə, fakt budur ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Təbii ki, bayaq da qeyd olunduöu kimi, bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Sizin də vuğuladığınız kimi, hazırda partiyamız mühüm bir siyasi hadisə ərəfəsindədir. Noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. YAP bu seçkilərə hazırdır və uğurlu seçki kampaniyası keçirir. İnanıram ki, partiyamız bu dəfə də seçki kampaniyasını uğurla başa vuracaq. Artıq bunun üçün bütün imkanlar, resurslar səfərbər olunmaqla yanaşı, həm də icra edilməkdədir".
Namiq Əhmədov YAP-ın namizədlərinin xalq tərəfindən dəstəklənməsinin əsas mahiyyətinin nədən ibarət olmasına da toxunub və bildirib ki, xalqın inamının təməlində dövlətin uğurlu siyasət faktoru dayanır: "Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Cəmiyyətimizin çağdaş Lider imici ilə qəbul edərək rəğbət bəslədiyi ölkə başçısı malik olduğu mənəvi keyfiyyətləri, xarizması, diplomatik qabiliyyəti, yüksək intellekti və dünya görüşü ilə XXI əsrin Azərbaycanına rəhbərlik edən Prezident portretini yaratdı.
Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. Təbii ki, Azərbaycan xalqı bütün bunları görür və dəstəkləyir. Bu uğurlu amilin seçkilərə və müvəffəqiyyətlər qazanılmasına təsir etməsi isə şübhədizdir. Bilirsiniz, partiya belə hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı var. Məhz Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət də hər bir vətəndaşın zəngin, firəvan, yüksək rifah şəraitində yaşamasına xidmət edir. YAP fəaliyyətində bu yöndə dövlət siyasətinə ciddi dəstək verməkdədir".
YAP Xəzər rayon təşkilatının fəaliyyəti haqqında da söhbəy açan patyiyanın Siyasi Şurasının üzvü vurğulayıb ki, ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı ilbəil fəaliyyətini genişləndirir. Bu baxımdan, bir daha vurğulamaq yerinə düşərdi ki, bütün seçkilərdə YAP Xəzər rayon təşkilatı xeyli fəallıq göstərib, həm seçiçilər arasında maarifləndirmə işinin, həm də partiyanın təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu amil bimiz təşkilatın statistik rəqəmlərində də özünü göstərir: "Nəzərinizə çatdırım ki, Partiyamızın cəmi ilk partiya təşkilatlarının sayı 90-dır.Təşkilatımızda partiyamızın üzvlərinin sayı 5 min 935 nəfərdir. Onların 3 min 339-u qadınlar, 2 min 282 gənclərdir. Ərazi ilk partiya təşkilatlarının sayı isə 87-dir.
Sevindirici haldır ki, partiyamıza davamlı şəkildə qoşulanların arasında gənclər üstünlük təşkil edir. Təşkilatımızın üzvləri ictimai-siyasi proseslərdə fəaldırlar. Xəzər rayonu üzrə 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə 27 məntəqə var ki, orada seçicilərin sayı 32 min 732 nəfərdir. 14 saylı Xəzər seçki dairəsi üzrə isə 33 məntəqə mövcuddur və orada seçicilərin sayı 44.246 min nəfəri təşkil edir. Hər iki məntəqədə cəmi 76 min 978 nəfər seçicimiz var.
Mən daha bir faktora da toxunmaq istərdim. Bizim ilk dəfə səs verəcək gənclərimizin sayı artmışdır. Məsələn, 14 saylı seçki dairəsində 722 nəfər,13 satlı seçki dairəsində isə 335 nəfər ilk dəfə səs verəcək gəənəclərimiz var. Bizim fəallar onlarla da maarifləndirmə işləri aparıblar".
Namiq Əhmədov son olaraq vurğulayıb ki,Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də, respublikamizin regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır: "Bildiyiniz kimi, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisdə hər zaman Xəzər rayonu seçicilərini təmsil edib və Onun partiyamız tərəfindən növbəti dəfə namizədliyi irəli sürülüb. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası da ictimaiyyət, o cümlədən, Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur və söz yox ki, YAP Xəzər rayon təşkilatının üzvləri də rayonun həyatında, ictimai-siyasi proseslərdə, quruculuq və abadlıq işlərində fəal iştirak edirlər. Biz əminik ki, namizədlərimiz bu seçkilərdə də qələbə qazanaraq, xalqın rifahının daha da yaxşılaşdırılmas istiqamətində yorulmadan çalışacaq, dövlətimizin güclənməsinə öz əvəzsiz töhfələrini verəcəklər".
sia.az