"Bu, yalnız Etibar bəyin öz qərarına bağlı məsələdir. Etibar Məmmədov hazırda partiyanın lideridir. Düşünürəm ki, bu status daha yüksəkdir. Yenidən sədr olması ilə bağlı mənim şəxsən Etibar bəyə təklifim olmayıb". Bu fikirləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi və sədrəvəzi Arzuxan Əlizadə partiyada baş verən son proseslərə münasibətini bildirərkən deyib.Arzuxan Əlizadə partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucovun partiya sədri seçilməsi ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib. Belə ki, onun real, yaxud da qeyri-real iddiası yalnız sədrliyə keçirilən seçklərdən sonra bilinəcək: "Normal, partiyada sədrliyə iddialı və layiqli yetərincə namizəd var. Qurultayda kimə etimad göstəriləcəksə, həmin şəxs də sədr seçiləcək. Bunu zaman göstərəcək, hadisələri qabaqlamaq istəmirəm. Qurultayın vaxtı təyin ediləndən sonra bu suala qayıda bilərik".Qeyd edək ki, AMİP daxilində sədrliyə namizəd olanların bir hissəsi qurultaın dərhal keçirilməsinin, digər hissəsi isə parlament seçkilərindən sonraya saxlanılmasının tərəfdarıdırlar.
sia.az