PDF Oxu

Siyasət

  • 15

Katiblik rəhbəri: “768 namizəd seçkilərdə özünü sınayacaq”

Katiblik rəhbəri: “768 namizəd seçkilərdə özünü sınayacaq”

"Azərbaycan Respublikasında 1 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar namizədliyini geri götürənlər seçki bülletenlərinin hazırlanması prosesində nəzərə alınıb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.MSK rəsmisinin sözlərinə görə, seçki bülletenlərində artıq 768 namizəd noyabrın 1-də keçiriləcək seçkilərdə özünü sınayacaq: "Onların adları seçki bülleteninə daxil edilib. Həmin 768 namizədin 331-i 24 siyasi partiyanın təmsilçiləridir. Bu da o deməkdir ki, siyasi partiyalar bu seçkilərdə çox fəaldır. Biz səsvermə günündə onların fəallığını müşahidə edəcəyik".

sia.az

Digər xəbərlər