PDF Oxu

Siyasət

  • 37

Aydın Mirzəzadə: “Xaric 5-ci kolon”un iflasa uğradığının fərqinə varır” AÇIQLAMA

Aydın Mirzəzadə: “Xaric 5-ci kolon”un iflasa uğradığının fərqinə varır” AÇIQLAMA

"Vaxtaşırı olaraq xaricdə müəyyən mərkəzlər Azərbaycan daxilindəki proseslərə müdaxilə etməyə və prosesləri öz maraqlarına uyğun yönləndirməyə cəhd edirlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirəzadə deyib.Şöbə müdirinin sözlərinə görə, ildən-ilə Azərbaycan dövlətçiliyi möhkəmləndikcə, bunu etmək daha da çətinləşir: "Birincisi, Azərbaycan cəmiyyəti ümumilikdə xaricdən müdaxiləni artıq qəbul etmir. Azərbaycan cəmiyyəti anti-milli maraqlardan çıxış edən qüvvələri dəstəkləmir və onların arxasınca getmir. İkincisi, xaric özü də Azərbaycan daxilində yaratdığı "5-ci kolon" elementlərinin iflasa uğradığının fərqinə varır. Bu gün Azərbaycan cəmiyyətində xarici maraqlarını müdafiə etmək çox mənfi qarşılanır. Hətta radikal müxalif qüvvələr də bunu etməkdə ehtiyyatlanırlar. Hesab edirəm ki, belə cəhdlər dayanmayacaq. Ancaq onların hansısa uğur qazanması qeyri-mümkün olan məsələdir".

sia.az

Digər xəbərlər